Qadin.NET / Qışda edilən pilates immuniteti gücləndirir

Qışda edilən pilates immuniteti gücləndirir

Qışda edilən pilates immuniteti gücləndirir
Qışda havaların soyuması səbəbi ilə dəniz kənarı və meşə qaçışları o qədər də mümkün olmur. Bunun yerini idman salonunda edilən məşqlər evez edir. Doğru idman mərkəzlərində bacarıqlı məsqçilərlə edilən məşqlər, yaxşı bir sümük quruluşu və möhkəm bir bədən vəd edir. Yaxşı, nələr etmək lazımdır?
İdman sağlam olmaq, daha əyləncəli vaxt keçirmək, bədəni inkişaf etdirmək və arıqlamaq məqsədi ilə edilir. Yazdan fərqli olaraq qışda bağlı salonlar daha çox seçilir. Bağlı salonlarda isə pilates qadınların imtina edilməz məşqləri olur.
Yaxşı səviyyədə olmağınızı təmin edən pilates məşqləri, bədəninizə nəzarət edə bilmənizi təmin edir. İşləyərkən yaşadığınız boyun ağrıları, oynaq ağrıları, pilates məşqləriylə aradan qalxır. Pilates əzələləri genişləndirir və stressi aradan qaldırır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, nizamlı olaraq pilateslə məşğul olanların immunitet sistəmi qüvvətlənir və pilates etməyənlərə nisbətən daha az xəstələnirlər.
Qışda edilən pilates immuniteti gücləndirir
Pilates edin, bədəninizi qışa hazırlayın!
Qış aylarının təsirindən xilas olmaq və sağlam çəki itirmək istəyənlər pilates məşqlərinə müraciət etsinlər. Yalnız zəifləmək məqsədiylə deyil, balanslı bir duruş, yaxşı bir sümük quruluşu üçün də pilates seçilir. Pilates məşqlərində müvəffəqiyyətli ola bilmək üçün əvvəlcə pilatin 6 prinsipini bilmək lazımdır. Bunlar:
Hərəkət sıxlığına nəzarət.
Bədənin yaxşı rahatlaşması üçün nəzarət.
Bədənin doğru hərəkət edə bilməsi üçün mərkəzlənmə.
Hərəkətlərin hər nöqtədən ardıcıl şəkildə keçə bilməsi üçün axıcı hərəkət.
Hərəkətlərin bir-birləri arasında əlaqəni bilmək və qətilik.
Pilates edərkən qanın təmizlənə bilməsi üçün düzgün tənəffüs.
Pilatin yalnız zəifləmə məqsədiylə deyil, sağlam həyat üçün də lazımlı olduğunu qeyd edən Müsbət Enerji İdman Mərkəzi qurucularından Bürc Ləvənt:" Pilates hərəkətləri ürəyi yormur ya da bədənə əlavə təzyiq göstərmir. Pilates ilə bütün əzələlərinizi işlədirsiniz və sağlam bir onurğaya sahib olursunuz . Ancaq pilatin düzgün məşqçilərlə edilməlidir. Dəqiq edildiyi təqdirdə heç bir əzilmə riski yoxdur. Pilates istənilənilən yaş dövrü üçün uyğundur, çünki pilates digər məşqlərə nisbətlə insana yorğunluq və halsızlıq hissi bəxş etmir.
Qışda edilən pilates immuniteti gücləndirir
Düzgün qidalanma və düzgün yuxu idmanı tamamlayır.
Mövzu ilə əlaqədar olaraq Müsbət Enerji İdman Mərkəzi qurucularından biri  Busə Ləvənt qeyd edir: " İdman edərkən diqqət yetirilməsi lazım olan şeylərdən biri balanslı qidalanmaqdır. Məşqə başlamazdan 1-2 saat əvvəl yemək yeyilməlidir. Performans artırmaq üçün edilən məşqlər, doğru qidalanma proqramı olmadığı təqdirdə boşa çıxa bilər. Qidalanmaq qədər yuxu da əhəmiyyət daşıyır. Ac və tox idman olmadığı kimi yuxusuz olaraq etmək də bədənə zərər verir".
28 dekabr 2013
GO BACK