İdman etmənin hər yaşda faydalı olduğunu söyləyən mütəxəssislər qeyd edir ki, əsas amil idmanın faydalarını nəzərə almaqdır.
Sürətli, hərəkətli həyatımız, səhv yediklərimiz, artan stressimiz, idmandan uzaq, hərəkətsiz bir həyat yaşamağımıza səbəb olur. İdman etməməyimizin səbəbi kimi qışda soyuq və çirkli havanı, yayın isə həddindən artıq istisini səbəb göstəririk. Bəzən yaşımız mane olur, bəzən xəstəliklərimiz.
Hansı yaşda olursa-olsun, idman etməyin faydalı olduğunu bilirik, ancaq idman edərkən yaşımız, xəstəliklərimiz, bəzi risklər, idmana yanaşmamız belə sağlamlığımıza təsir edər."
Xüsusilə kişilərin daha iddialı olub futbol oynamaq kimi idman növünü seçdiklərinə diqqət etsək görərik ki, bu idman növlərinin şikəstlik və ürək problemi qaçılmazdır, həyati riski də yüksək olur. İdman etməkdə məqsəd sağlamlığımızı qorumaq və şikəstlik riski ən az olan idman növünü seçməkdir. Nizamlı bir şəkildə edilən idmanın təsirini bir-üç ayda görmək mümkündür, amma məşq etməyi buraxsanız, faydalı təsirləri qısa müddətdə itər.
Kim hansı idmanı etməlidir?
Peşəkar idmançı olsanız da idmanı atdığınız zaman bu təsiri yaşayarsınız və keçmişdə etdiyiniz idman gələcək yaşınızda sizə üstünlük verməz. Daha əvvəl heç idman etməyən insanlara ürək müalicəsindən keçdikdən sonra həftənin beş günü, ən azı yarım saat və ya həftədə 3 gün 1 saat olmaq şərtiyləorta tempdə məşq etmələri təklif edilir.
İdmana başlama yaşı, kimlərin idman edə biləcəyi, hansı idman növlərinin nə qədər müddətdə edilməsi lazım olduğu haqqında suallara cavablarımız:
Hər kəs hansı idmanı etməyin faydalı olduğunu bilməlidir və həmin idman növünü seçməlidir.
- Sağlamlıq mövzusunda diqqətə çarpan, bir şikayəti olmayan, müəyyən səviyyədə fəaliyyəti olan kəslər sadə səviyyədə (orta templi gediş kimi) bir idmana hər yaşda həkim nəzarəti olmadan başlaya bilər;
- Tamamilə sağlam fərdlərin ciddi səviyyədə idman fəaliyyətinə başlamazdan əvvəl kardioloji müayinədən keçmələri təklif edilir. Xüsusilə erkən yaşlarda problemə yol aça bilən və idman fəaliyyəti baxımından mütləq risk daşıyan bəzi xüsusi narahatlıqların (Kardiyomyopatiler kimi) müəyyənləşdirilməsi bu müayinə ilə təmin edilə bilir.
- Ancaq həyatının əhəmiyyətli bir hissəsini hərəkətsiz keçirmiş, artıq çəkisi olan (bədən kütlə indeksi 30-dan çox olanlar), diabet, hipertonik, siqaret çəkən, xolesterol yüksəkliyi olan, yəni ürək-damar xəstəliklərinin inkişafına yol aça biləcək risklərdən ən azı birini malik olan şəxslər məşq proqramına başlamazdan əvvəl mütləq kardioloji müayinədən keçməlidir.
40-50 yaşında, əvvəllər heç idman etməmiş bir adam idmana necə başlamalıdır?
Həmin kəsə məşqin səviyyəsi təyin olunarkən aşağıdakı 3 əsas problemin cavablandırılması lazımdır:
1. Neçə yaşındadır?
35 yaşdan yuxarı olan insanlarda erkən inkişaf edən xəstəliklər səbəbindən daha diqqətli davranılmalıdır.
2. İdman etmək istəyən insanın gündəlik fəaliyyət sahəsi nədir?
Gündəlik gediş məsafəsi, ev daxili fiziki fəaliyyət, iş yerindəki hərəkət səviyyəsi, məşqə ayırdığı həftəlik zaman kimi mövzuların araşdırılması lazımdır. Fəaliyyət səviyyəsi çox aşağı olan fərdlərdə başlanması düşünülən məşqin tempi da aşağı olmalıdır. Məşq "resepti" verilərkən sıxlığı, şiddəti və hər bir seansın müddəti də əhəmiyyətlidir. Tempin birdən artırılmaması da diqqət yetirilməsi lazım olan bir məqamdır.
3. Gündəlik fəaliyyətlər əsasında hər hansı bir şikayətlənməsi varmı?
Məşqlə bağlı sinə ağrısı, anormal yorğunluq hissi, nəfəs darlığı və ürək keçmə kimi şikayətlərin olub-olmadığına baxılmalıdır.
4. Qadınlar üçün xüsusi riskləri vardır?
Xüsusilə klimakteri dövründən əvvəl, ümumi mənada 60 yaşdan öncə qadınlarda ürək-damar xəstəliyi, koronar arteriya xəstəliyinin inkişaf riski kişilərə görə daha aşağıdır. Qadınlarda ürək xəstəlikləri kişilərə nisbətən daha 10 il gec ilə başlayır. Klimakteri dövrü sonrasında isə qadınlarda ürək xəstəliyi riski sürətlə artır, 60 yaşlarında isə kişilər bu xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən 60 yaşdan əvvəl qadınlarda məşq ilə bağlı risklərin daha aşağı olduğu müəyyənləşib.
5. 40-50 yaşından sonra idmana başlamaq fayda verə bilər?
Bu yaşlarda məşqin faydaları yavaş ortaya çıxar. Bədənin fiziki halının artımındakı diqqət çəkici bir səviyyəyə çatması üçün orta hesabla 1-3 aylıq bir müddət lazımdır. Hər yaşdan insan məşqdən faydalana bilər. Heç bir yaşda idmana başlamaq üçün "Gecikmişəm artıq" demək düzgün deyil.
6. Ürəkdə ritmin düz olmaması, təzyiq, şəkər xəstəliyi, stent taxılması idman etməyə mane ola bilərmi ?
Şəxsin ürək-damar problemi, diabetik, hətta ürək çatışmazlığından əziyyət çəkməsi məşq etməsi üçün bir maneə deyil. Ancaq məşqin gücü, müddəti və sıxlığı xəstənin vəziyyətinə və idman etmə tutumuna görə nizamlanmalıdır.