Səhər üçün 10 dəqiqəlik xüsusi məşq
Arıqlamaq üçün səhər edilən məşqlər son dərəcə təsirli olur. Birlikdə bütün addımları təkrar edək.
1-ci hərəkət
Ayaqlarınızı çiyin xəttində açın və qollarınızı yana sərbəst buraxın. İndi çiyinlərinizi boynunuza çəkərək dairəvı hərəkət etdirin.
2-ci hərəkət
Eyni mövqedə qalın və başınızı çiyininizin üzərindən digər çiyininizə qədər oval bir şəkildə çevirin.
3-cü hərəkət
Qollarınızı dirsəklərinizdən bükün və yavaşca yuxarı doğru qaldırıb endirin.
4-cü hərəkət
Qollarınızı sinə xəttinə gətirin və uzadın. Əllərinizi öndə birləşdirdikdən sonra dirsəkdən bükərək özünüzə doğru çəkin.
5-ci hərəkət
Əllərinizi arxada birləşdirin və qaldıra bildiyiniz ən üst nöqtəyə qədər qaldırıb endirin.
6-cı hərəkət
Ayaqlarınızı çiyin xəttində açın və barmaqlarınızla ayaq uclarınıza toxunmağa çalışın. Bu hərəkəti sağa, ortaya və sola doğru edin.
7-ci hərəkət
Sol qolunuzu havaya qaldıraraq yerə qədər böyük bir "O"çəkin. Eyni hərəkəti geriyə doğru etdikdən sonra digər qolunuzla da edin.
8-ci hərəkət
Ayaq üstə duraraq bir əlinizi divara söykəyin. Digər əlinizlə eyni tərəfdəki ayağınızı tutub ombanıza çəkin. Eyni əməliyyatı digər əl və ayaqınızla da edin.
9-cu hərəkət
Ayaqlarınızı çiyin xəttindən bir az daha çox açın və əllərinizi dizlərinizə qoyaraq çöməlib qalxın.
10-cu hərəkət
Sağ ayağınızı önə, sol ayağınızı arxaya doğru açın. Ön tərəfdəki ayağınız yerə tam basılmalıdır. Arxa ayağınızla barmaq ucunuza qədər gəlib, geri gedin. Bu hərəkətdə əlləriniz belinizdə olmalıdır.