Qadin.NET / Sevinc və güc hərəkətdədir

Sevinc və güc hərəkətdədir

Sevinc və güc hərəkətdədir

  Fiziki məşğələlər sizi yormamalıdır. Faktiki olaraq, sizin onlara münasibətiniz müvəffəqiyyət qazanmağınızda və ya uğursuzluğa düçar olmağınızda həlledici rol oynayacaq.Sizə zövq verən belə fəaliyyətin seçimi onunla məşğul olmağa və davam etdirməyə kömək edəcək.İdmanın güc və rəqiblə mübarizə tələb etməyən formaları xüsusilə əhəmiyyətlidir.Yarış zamanı gərginlik idmanın verdiyi əhəmiyyəti poza bilər.

  Məsələn, mürəkkəb hərəkətlər tələb etməyən qolf oyunu boşalma üçün yaxşı məşğuliyyətdir.Hər halda 2 oyunçu arasında mübarizə yoxdursa,oyun daha əhəmiyyətli olar.Əgər siz həyatınızda ən yaxşı oyunu keçirmək istəyirsinizsə,öz rəqiblərinizlə deyil,oyunun gedişi ilə maraqlanın.Özünüzə qarşı nifrət oyadan hər bir fəaliyyət sağlamlıq üçün az əhəmiyyətlidir.

  Sizə zövq verən məşğələlərdə iştirak etmək,yükünə görə eyni olan,lakin mənfi emosiyalar yaradan fəaliyyətdən daha artıq əhəmiyyətli olar.Bunu Loma-Linda universitetinin nəzdində olan, sağlamlıq mərkəzində aparılan maraqlı təcrübələr sübuta yetirmişdir.

 Həkim tələbələr arasından bir qrup könüllülər,hər biri eyni miqdarda xolesterin,yağ,zülal,karbohidrat qəbul edərək,pəhriz saxlayırdılar.Sonradan onların hər birinə,sevdikləri fiziki məşğələ proqramı voleybol,tennis, üzgüçülük, qaçış və s.  seçmək təklif edilmişdi.

 

   Hər gün bu adamların qanında xolesterinin miqdarı yoxlanılırdı.Bütün hallarda hamıda 3 gün müddətinə onun miqdarı azalırdı.Həftənin axırında azalma daha çox idi.Sonra fiziki məşğələlər dayandırıldı.

     Tezliklə xolesterinin miqdarı əvvəlki səviyyəyə qayıtdı.Bəzi hallarda isə hələ bir qədər də artıq idi.Daha sonra tələbələri heç bir həzz verməyən idman alətlərində yerləşdirdilər.Bu zaman gərginliyə görə yük əvvəlki məşğələlərdə olduğu kimi idi.Ancaq qanın müayinəsi hamını təəccübləndirdi.Çox hallarda xolesterinin miqdarı azalmamışdı.Bəzi hallarda isə hətta artmışdı.

Sevinc və güc hərəkətdədir

  Tələbələr onlara həzz verən idman növlərinə qayıtdıqda,yenə də xolesterinin miqdarı azalmışdı.Bu təcrübə məşğələlərə münasibətin əhəmiyyətli olduğunu göstərir.Mənfi emosiyalar məşğələlərin verdiyi bütün faydanı heçə endirir.Nəticə aydındır.Yerinə yetirdiyiniz məşğələləri sevməyi öyrənin,yaxud da onları sizə həzz verən məşğələlərlə əvəz edin.

  Biz adətən məşğələ proqramı fikirləşdikdə-idman oyunlarını,gimnastikanı,ağırlıq qaldırmanı təsəvvürümüzə gətiririk.Lakin sizin proqram praktiki əhəmiyyət daşıyan işlər-bağçılıq,parkların salınması,tikinti və digər əhəmiyyətli məşğələləri də əhatə edə bilər.Fəaliyyətin bu növü əlavə fayda gətirdiyi üçün daha əhəmiyyətlidir.Proqramın faydası çox olduqca,onun reallaşdırılmasından daha çox daxili həzz alacaqsınız.

20 fevral 2013
GO BACK