Möhkəm ayaqlar üçün məşqlər.
Edəcəyiniz məşqlər qan dövranını sürətləndirərək, ayaq əzələlərini bəsləyər. Xüsusilə aerobika ya da step məşqləriylə ya da velosiped istifadə edərək ayaq əzələlərinizi şəkilləndirə bilərsiniz. İdman, əzələlərinizi inkişaf etdirərək gərgin və möhkəm ayaqlara sahib olmanıza köməkçi olar. İrəliləyən yaşla birlikdə görülən sallanmalara da mane olar. İdman ayrıca, dərinin sağlam və tərtəmiz görünməsini təmin edər. Masaj və baxım da ən az idman qədər əhəmiyyət daşıyar. İlk olaraq, qıçlarınızın altına bir taburetka ya da uzanırsızsa yastıq qoyun. Bu, sürətlənən qan dövranını tənzimləyir və idman sonunda zəhərli maddələrin atılmasını təmin edər.
Əgər selülit probleminiz varsa, ediləcək ən əhəmiyyətli şey, bəslənmənizə diqqət etmək, masaj və idmandır.
Bol bol C vitamini yeyilməlidir.
Yeməklərinizi duzsuz qəbul etməyə çalışın.
Az yağlı qidalanın.
Şəkər və undan da uzaq qalmağa çalışın.
Ağ çörək, makaron və plov yeyilməlidir.
Ucu iti və yüksək dikdaban ayaqqabı geyinməyin. Bunlar qıçlarınızı qalınlaşdırar.
Ayaqlarını üst-üstə atmaq gözə hər nə qədər xoş görünsə də sağlamlıq baxımından çox faydalı olduğunu söyləmək olmaz. Çünki bu "estetik" hərəkət, qan dövranını nizamsızlaşdırır və maddələr mübadiləsini yavaşlamasına səbəb olur. Xüsusilə masa başında işləyirsə, ayağı ayaq üstünə atmaq yerinə, qıçlarınızı mümkün qədər uzadın və gərin.