Qadin.NET / Gündəlik idman hərəkətləri

Gündəlik idman hərəkətləri

Sağlıqlı yolla bədən formamıza diqqət etmək daha məqsədə uyğun olmazmı? O zaman sizə təqdim edəcəyim bu fitnes hərəkətlərini vaxtımız olanda(həftədə azı 4 dəfə)etmək baxımlı olmağımıza yetərli olacaqdır. Lakin, əlbəttə, bu kiçik hərəkətlərlə arıqlamaq mümkün deyil, sadəcə sağlam, gümrah və baxımlı olmaq mümkündür.

Birdə onu qeyd edim ki, göstərilən bütün hərəkətlər 10 dəfə təkrarlanır.

 

1. İlk öncə əlimizə içi su ilə dolu yarım litrlik plastik şüşə alırıq. Daha sonra ayaqlarımızı çiyin bərabərliyindən bir qədər artıq aralayıb aşağı-yuxarı hərəkət edirik. Şəkildəki kimi...

 2. Şüşəni əlimizdə olmaqla, qollarımızı bir qədər qarşıya aparırıq və çoxda aşağı oturmamaq şərti ilə yenədə aşağı-yuxarı hərəkət edirik.

 3. Bir az isinmə hərəkətlərindən sonra daha qəlizlərinə keçid alırıq. Yerə uzanırıq, ayaqlarımızı bir az dirçəldib, əllərimizi boynumuzun arxasına qoyuruq və kürəyimizi bir azca yerdən qaldırılmış şəkildə bir vəziyyət alırıq. Sonra bu vəziyyətə sağa-sola çevrilirik. 

4. Daha sonra bizə həcmcə iri fitnes topu lazım olacaq. Topu ayaqlarımızla saxlamağa çalışırıq. Özümüzü hazır etdikdən sonra ayaqlarımızla topu yuxarı-aşağı qaldırıb-salırıq. Bu zaman qeyri-iradi əllərimiz də hərəkətə gələcəkdir.

 5. Bundan dərhal sonra topu belimizin altına qoyuruq. Əllər yenə də boynun arxasına getsin. Ayaqlar yerə möhkəmlənsin və topun üzərində geriyə-önə hərəkət edirik.

6. İndi topu dahada belimizin altına alırıq və bütün bədənimizlə arxaya əyilib o vəziyyətdə 10 saniyə durmağa çalışırıq. 

7. Sonra bir az qəliz hərəkətə keçid alırıq. İndi topu bir kənara qoyaq.Əlimizə xüsusi diyircəkli fitnes ştanqı alırıq. Üzüaşağı uzanırıq və ştanqla yuxarı-aşağı əllərimizlə hərəkət edirik. Bu bir qədər çətin hərəkət olsa da, çalışaq öhdəsindən gələk.

8. İndi isə əllərimizlə yerə dirsəklənirik, ayaqlarımızla deyil, pəncələrimizlə yerə möhkəmcə yapışırmışıq kimi dayanırıq və irəli-geri hərəkət edirik. 

9. Artıq arxası üstə çevrilirik. Ayaqlarımız yerdə, lakin 90 dərəcə bucaq altında açılmış şəkildə və əllərimiz irəli uzanmış bir vəziyyətdə olmaldır. Yenə arxaya-irəli hərəkət edirik. 

10. Nəhayət sonuncu hərəkətimiz su içmək olacaqdır, su formada qalmağımız üçün yetərli səbəblərdəndir. 
 
2 avqust 2012
GO BACK