Qadin.NET / Hərəkətin möcüzəvi gücü (Son)

Hərəkətin möcüzəvi gücü (Son)

Həzm 

Mədə - bağırsaq  traktatının  işi – hərəkətlərin  ritmik  simfoniyasıdır. Mədə  əzələlərini  idarə  edə  bilməsəniz  də , bədəninizin  digər  əzələlərini  fiziki  yükləndirməklə mədə əzələlərinə  də  təsir  etmiş  olursunuz. Qəbizliyin  ən  yaxşı  müalicə  üsullarından  biri  gəzintidir. Gəzinti  zamanı  bağırsaq  ifraz  olunan  kütləni  hərəkət  etməyə  məcbur  edir  və  bununla  da  yoğun  bağırsağın  məhsuldarlığını  artırır. Müəyyən  fiziki  hərəkətlər  proqramı  mədə  və  onikibarmaq  bağırsaq  xorası  olan  xəstələr  üçün  də  faydalıdır. Fiziki  fəallıq - əsəbilikdən, kefsizlikdən  və  narahatçılıqdan  konstruktiv  qurtuluş  yoludur.

Sinirlər 

Əzələ  fəaliyyəti  sinir  sisteminin  fəaliyyəti  ilə  sıx  əlaqədardır. Əzələlərin  işinə  mərkəzi  sinir  sistemi  nəzarət  edir. Belə  ki, baş  beyin  qabığında  xüsusi  əmr  göndərən  zona  vardır. Əlinizi  qaldırmaq  istəyəndə beyin  qabığının  uyğun  hüceyrəsi  müəyyən  siqnal  göndərir  və  əliniz  hərəkətə  gəlir. Hər  bir  yaxşı  pianoçu  sinir  və  əzələlərin  birgə  işini  məşq  etdirmək  üçün  qammaları  və  digər  dərsləri  dəfələrlə   çalmağın  nə  qədər  vacib  olduğunu  bilir. Fiziki  məşğələlər  də  bədənin  bütün  hissələrinin  rəvan  və  yüngül  qarşılıqlı  təsirini  təmin  edir. Düzgün  fiziki  məşğələlər  bütövlükdə  sinir  sisteminin  işini  tarazlaşdırır  və  orqanızmin  sağlamlığı  bu  tarazlıqdan  çox  asılıdır.

Nəticə: 

Siz  nə  edə  bilərsiniz?

1. Artıq  heç  bir  səbəbdən  özünüzə  bəraət  qazandırmayın. Özünüzə  kömək  edin – idmanla  məşğul  olun. Həyat  üçün  fiziki  məşğələlər  qida  qədər  əhəmiyyətlidir. Yadda  saxlayın  istifadə  etmədiyiniz  şeyləri  itirirsiniz.

2. Nəbzin  tezliyini  dəqiqədə  60  döyüntüyə  endirməklə ürəyinizə  kömək  edin. Əzələlər  “ikinci  ürəyə “ çevriləcək  və  tez  gəzinti  zamanı  qanı  ürəyə  vurmağa  kömək  edəcək.

3. Gündə  azı  3 km  piyada  gəzin. Əgər  lifti  olan  binada   işləyirsinizsə , lifdən  istifadə  etməməyə  çalışın və  pilləkənləri  ayaqla  qalxın.

4. İdman  hərəkətlərini  yerinə  yetirin , müəyyən  rejimlə  yaşayın , təmiz  havada  gəzin , dərindən  nəfəs  alın. Bununla  siz  sinirlərinizi  sakitləşdirər, həzm  prosesini  yaxşılaşdırarsınız.

 

Sonda  hamıya  uzun,  amma  sağlam  ömür  arzu  edirəm. Necə  deyərlər , hər  kim  yüz  il  yaşamasa , günah  onun  özündədir! 


26 iyul 2012
GO BACK