Kəpənək
Xüsusilə, baletlə məşğul olanlar bu hərəkəti tez-tez edər. Yerdə şəkildəki kimi oturun və ayaq dabanlarınızı bir-birinə birləşdirin. Əllərinizlə ayaqlarınızı tutarkən, dizlərinizi mümkün olduqca yerə vurmayın. Eyni zamanda bədənizi önə doğru əyərək ayaqlarınızın üstünə doğru uzanın.
Göyərçin duruşu
Kürəyi üstdə yerə uzanın və ayaqlarınızı havada qatlayaraq birləşdirin. Altda qalan ayağı önə doğru uzadın və doğsan dərəcəlik bucaqla sabitləyin. Bu müddət ərzində digər ayağınızın üstündə durun. Dəstək üçün istifadə etdiyiniz(qabağa uzatdığınız) ayağı əlinizlə özünüzə doğru çəkib itələyə bilərsiniz. 45 saniyə aralıqlarla ayaq dəyişdirib hərəkətə davam edə bilərsiniz.
Qu quşu
Bu dartınma hərəkətə üzü üstdə uzanaraq başlayın. Dirsəklərinizi bükün və ovuc içlərinizi döşəmənin üstünə qoyun. Ayaqlarınızı qapalı tutumağa çalışın. Dərin nəfəs alın və bədənizi belinizdən bükərək qollarınızı düz hala gətirin. Bədənizi yuxarı itələyərək qarın əzələlərinizi sıxın. Nəfəs verərkən gövdənizi diqqətli formada döşəməyə endirin. Bunu beş dəfə təkrar edin.