Qadin.NET / Onurğanızı düzəltmək üçün 3 idman

Onurğanızı düzəltmək üçün 3 idman


Squat

İşə squatla başalaya bilərsiniz. Bu hərəkət, onurğa əyrililiyindən qaynaqlana bel və çiyin problemlərinə kömək edir. Düzgün edilən squat hərəkətinin bədənə faydalarını saymaqla bitməz. Budları sıxlaşdırır, oynaqları hərəkət etdirir, əzələləri gücləndirir.

Körpü məşqi

Bel, bud bölgələrini gücləndirməyə kömək edən bu onurğa məşqi, olduqca asandır. Bu hərəkət eyni zaman sizə elastiklik qazandırır və bədənin formasını düzəldir. Ayaq dabanlarınızı yerə basacaq formada, dizlərinizi qatlayın. Ayaqlarınız çanağa nisbətdə açıq olmalıdır. Əllərinizi bədənizin yanına düz olacaq formada yerləşdirin. Belinizi yuxarı qaldırıb yenidən aşağı endirin.

Plank

Göründüyü qədər asan olmayan məşqlərdən biri də plankdır. Əgər idmana ayıracaq vaxtınız yoxdursa, onurğa məşqləri sizin üçün ideal ola bilər. Bu məşq bütün qarın əzələlərini işlədir. Duruş pozuntularını düzəltməyə kömək edir. Üzü üstdə yerə yerə yatın və qol dirsəklərinizi 90 dərəcə olaraq yerdən dəstək alın. Başınızdan topuqlarınıza qədər bədənizi düz tutmağa çalışın.

11 avqust 2020
GO BACK