Qadin.NET / İdman edərkən diqqət etməli olduğunuz 5 qayda

İdman edərkən diqqət etməli olduğunuz 5 qayda

1. Maye qəbulunu artırın

Onurğa diskləri yük daşıyarkən özündən mayeni xaricə verir və dincəlmə əsnasında mayeni geri alaraq süngər kimi hərəkət edir. Əgər kifayət qədər su yoxdursa, diskdəki liflər zamanla zədələnir. Su içməyi ehmal etməyin. 

2. İsinmə və soyuma

İdman edərkən isinmə-dartınma, aerobik və ya əzələ gücləndirmə ilə soyuma-dartınma üçlüyün tətbiq etməyiniz sağlamlığınız üçün çox vacibdir. İdman hərəkətləri arasında bu üçününə də ayrı-ayrılıqda yer verməlisiniz.

3. İsinmə-soyuma üçün 10-15 dəqiqə

İsinmə-soyuma məşqlərində vaxt böyük məna kəsb edir. Hər idmanın ilk 5 dəqiqəsi isinməyə, son 10 dəqiqəsi soyumaya ayrılmalıdır. 

4. Dizlərinizi xəfif qatlayın

Qol və çiyin əzələlərini ağırlıqla gücləndirərkən onurğa sağlamlığını qorumaq üçün ya dizlərinizi xəfif qatlayın (mini squat), ya da bel və kürək dəstəyindən istifadə edin.

5. Nəfəsini saxlamayın

Ağırlıq qaldırarkən, onurğada meydana gələn təzyiqi azaltmaq üçün nəfəsinizi saxlamayın. Eyni səbəbdən nəfəs verərkən ağırlıq qaldırmağa çalışın.

16 iyun 2020
GO BACK