Qadin.NET / Fitneslə düzgün məşğul olmaq

Fitneslə düzgün məşğul olmaq

Fitneslə düzgün məşğul olmaq

"Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan" - məşqçi Aida Mehdiyeva deyir.

Saatlarla məşq etmək olmaz

Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

Cəld, lakin gərgin hərəkətlər etmək olar

Qısa, lakin cəld hərəkətlər etməyə çalışın. Biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80 % hərəkətin 60 %-ni bir saat ərzində edirik. Bu yolla idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsiniz.

Fitneslə düzgün məşğul olmaq

Piyi əritmək olar

Qaçış, gəzinti, velosiped sürmək piyi əridir və çəkinizin azalmasına kömək edir. Xüsusilə də qaçış baldırların tonusunu qaldırmağa kömək edir.

Həddindən artıq yoqa hərəkətləri etmək olmaz

Yoqanın bir çox vəziyyətlərini almaq üçün vaxt tələb olunur. Əvvəlcə bədəniniz hərəkətlərə hazır olmalıdır. Əks halda, nəfəs daralacaq və əzələ sıxılacaq. Bu zaman ürək-damar sistemində problemlər yarana bilər.

Diqqəti tənəffüsə yönəltmək olar

Yoqa ilə məşğul olan zaman hərəkətlərdən çox nəfəsinə fikir ver. Dərindən tənəffüs böyük dəyişikliklərə gətirib çıxarır. Bu zaman həm əzələlər rahatlaşır, həm də gərginlik azalır; bu da öz növbəsində məşqləri daha rahat edir.

Fitneslə düzgün məşğul olmaq

Dartılmadan məşqə başlamaq olmaz

Üzmə cığırını bir neçə dəfə üzdükdən sonra tezlik zəifləyir. Bu cür ağır məşqlərə başlamazdan əvvəl zəif hərəkətlər edin.

Fasilə etmək olar

Hovuzdakı vaxtını azaldın. Bir cığırı o baş-bu başa üzmək üçün iki cür üzmə stilindən istifadə edin. Məsələn, brasla gedib, bel üzərində üzməklə qayıda bilərsiniz. Bu üsul əzələlərin müxtəlif qruplarını hərəkətə gətirir və universal treyninq effektinə malikdir. 

Müqavimət göstərmək olmaz

Yuxarıda qeyd etdiyimiz kimi, qaçış piylərin əridilməsinin effektiv yollarından biri hesab edilir. Lakin elə hallar olur ki, nəticələr özünü doğrultmur. Bu halda, idman hərəkətlərini daha da gərginləşdirmək lazımdır. Əzələlərin çəkisi artdıqca, maddələr mübadiləsi yaxşılaşır və heç bir hərəkət etməsən belə, kalorilər tez bir zamanda azalır. Nəticə!

Fitneslə düzgün məşğul olmaq

Məşqləri ağırlaşdırmaq olar

Hər idman hərəkətini 20 dəfə təkrar etməklə, əvvəlcə yüngülçəkili ağırlıqlar qaldırın. Həftədə bir dəfə 40 dəqiqəlik idman sizi güclü, davamlı edəcək və əzələlərinizin tonusu qalxacaq.

Gündə idman zalına getmək olmaz

Həddindən artıq idman hərəkətləri zədəyə və müxtəlif xəstəliklərə gətirib çıxarır. Bu, cəzbedici səslənə bilər, lakin unutmamalısınız ki, ağır hərəkətlər sizi tez bir zamanda bezdirər və nəticədə idmandan əl çəkə bilərsiniz.

İstirahət etmək olar

İstirahət bədənin gücünü və əzələləri bərpa edir. Həftədə ən azı iki dəfə istirahət edin. Çünki bu yolla bədəninizin idman hərəkətlərinə yararlılığını artıracaqsınız. Sadəcə olaraq, istirahəti şokolad yeməklə keçirməyin...

19 avqust 2013
GO BACK