1. Başlanğıcda çəkiniz arta bilər
Bir çox insan arıqlamaq üçün fitnessə üz tutur. Xüsusilə, kişilərdə davamlı idmana başlayanda bədən ağırlığı arta bilər. Sağlam qidalanıb davamlı idman etmək əzələ kütləsini artırar. İdmana başladığınız ilk həftələrdə tərəzidə dəyişiklik görməyiniz normaldır. Əhvalınızı korlamayın, davam edin. Bir müddət sonra fərqi görəcəksiniz.
2. Ağırlıq qaldırma yağları əzələyə çevirməz
Fizioloji olaraq yağ kütləsinin əzələyə çevrilməsi mümkün deyil. Yağ yandırmaq və əzələ artırmaq üçün fərqli idman və qidalanma sisteminə ehtiyac var. Bunun üçün mütəxəssislə məsləhətləşin.
3. Zehni sakitləşdirir
Aparılan araşdırmalar, idmanın zehnə də təsir etdiyini sübut etmişdir. Davamlı olaraq idman etmək zehni rahatlığa səbəb olur. Davamlı idman depressiya və təşvişi aradan qaldırmağa kömək edir.