Karantin günlərində idman zallarının bağlanması bir çoxlarını evdə fitnes, pilateslə məşğul olmağa məcbur edib. Bəziləri evdə idmanı mümkünsüz hesab etsə də, bir çoxları sağlamlığı üçün hər şəraitdə ondan vaz keçmir. Evdə hərəkətsiz qalmaq orqanizm üçün nə qədər ziyandır, bunu artıq illərdir mütəxəssislər deyir.
Ev idmanı zamanı bir çox hallara diqqət etmək mütləqdir. Bunun üçün aşağıdakılara diqqət edin:
Çox və ya az idman etməyin
Bəziləri evdə idman edərkən saatın fərqinə varmır və həddindən artıq hərəkətlər edir. Bu da sağlamlığınız üçün yaxşı deyil. Bir çox fiziki problemlərin yaranmasına gətirib çıxara bilər.
Fitnes səviyyənizi doğru dəqiqləşdirin
Bədəninizin nəyə ehtiyac olduğunu dəqiqləşdirin. Hər zaman asandan çətinə, sadədən qarışıqlığa gedən bir yol izləyin. Evdə özünüzə həftəlik fitnes planı qurun.
Həftədə 3-4 gün idman edin
Günlük idman etməyiniz 1 saatdan artıq olmamalıdır. Oturacaq, yastıq, su şüşələri idman edəcəyiniz zaman sizə lazım olacaq alətləri əvəzləyə bilər.
Nəbz atışlarınızı yoxlayın
Nəbz ölçən aparat və ya saatınız yoxdursa, əlinizlə bunu edin. 10 saniyə nəbz atışınızı sayın və onu 6-ya vurun. Nəfəsinizin kəsilməsi yaxşı idman etdiyiniz mənasını vermir.
İdman etmək çəkinizlə bərabər sağlam həyat tərzinizə də kömək edir
İdman etsəniz özünüzü çox rahat və xoşbəxt hiss edəcəksiniz. Stress səviyyəniz düşər. Enerjiniz yüksələr. Hətta dəriniz də gözəlləşəcək.