Daha çoxunu edin
İstədiyiniz çəkiyə sahib olmaq üçün neçə addım, neçə metr və ya saat gəzməli olduğunuza dair sehirli bir formul yoxdur. Başlanğıc olaraq, indi etməkdə olduğunuzundan daha çoxunu edin. Bütün günü ayaq üstə olduğunuz bir işiniz varsa, bundan daha çoxunu etməyiniz lazımdır. Ancaq masa arxası işşiniz varsa, axşam yeməyindən sonra gəzintiyə çıxmaq nəticə əldə etməyinizə kömək olacaq.
Fasilələr ilə gəzin
Çəki atmağınızın ən yaxşı yollarından biri, fasilələrlə özünüzü çətinə salmaqdır. Araşdırmalar, fasilələrlə gəzən insanların sürətli gəzən insanlardan daha çox çəki atdıqlarını göstərir. Məşqlər daha sürətli gəzməyinizə kömək edəcəkdir. Həmçinin, stress, yuxu və qidalanma tərzinizdə çəki itirməyinizə təsir edir.
Gündəlik halına gətirin
Çəki atmaq istəyirsinizsə, hər gün gəzintiyə çıxmalısınız. Sadəcə 10 və ya 20 dəqiqə olsa belə, hər gün gəzintiyə çıxmağı unutmayın. Gəzməyə sadəcə məşq gözü ilə baxmayın. Mümkün olan hər yerdə edin, maşınızı alış-veriş mağazasından uzaqda saxlayın. Qaçmağa ehtiyac olmasa da, gəzinti sürətini artırmaq daha çox kaloriya yandırır, çünki ürək döyüntüsü sürətini artırır.