1. Boyun bölgəsini dartmaq üçün
Dartınma hərəkətləri edə biləcəyiniz düz yerdə oturun və başınızı əvvəl önə-arxaya, sonra sağa-sola əyərək hərəkət etdirin. Ancaq boynunuzu yana çevirdikdən sonra geri qayıdarkən qarşıya doğruya baxmağı unutmayın. Hərəkəti edərkən tələsməyin.
2. Çiyin bölgəsini dartma
Boyun hərəkətindən sonra yerinizdən heç qalxmadan çiyin üçün olan dartınma hərəkətinə keçə bilərsiniz. Dartdığınız qolunuzu tam zidd, yəni digər sinənizə tərəf yaxınlaşdırın. Digər qolunuzla dəstək olmağı unutmayın. Eyni hərəkəti digər qolunuza tətbiq edin.
3. Kürək bölgəsi üçün
Ofis işçiləri üçün vacib sayılır. Oturduğunuz yerdə qollarınızı qabağa doğru uzadın. Ovuc içiniz iləriyə baxacaq formada əllərinizi və barmaqlarınızı bir-birinə keçirin. Bu hərəkəti edərkən əzələlərinizin dartıldığını hiss etməlisiniz.