Arıqladan bananlı və zəncəfilli detoks
1 ədəd dilimlənmiş banan
1 yemək qaşığı bal
12 yemək qaşığı qatıq
yarım çay qaşığı təzə zəncəfil (sürtgəcdən keçirilmiş)
Qatıq, banan və balı blenderdən keçirin. Qarışımı stəkana süzüb için.
Avokadolu detoks
200 ml az yağlı süd
1/2 ədəd avokado
2 yemək qaşığı yarım yağlı qatıq
1/4 ədəd böyük yaşıl alma
10 yarpaq təzə nanə
1 y/q bal
Avokadonu ortadan ikiyə ayırıb ortadakı çəyirdəyi təmizləyin. Yarısını alıb qabığını soyduqdan sonra kiçik kublar halında doğrayın. Yuduğunuz yaşıl almanı 4-ə ayırıb çəyirdəklərini çıxardın. Təzə nanə yarpaqlarını da yaxşıca təmizləyin.
Az yağlı süd, avokado kubları, nanə yarpaqları, qatıq, bal və yaşıl alma dilimlərini blenderdən keçirin.