Qadin.NET / Sürətli arıqladan yemək kombinasiyaları

Sürətli arıqladan yemək kombinasiyaları

 

Toyuq və qırmızı bibər 

Arıqlamağa kömək edən toyuq, qırmızı bibərlə yedikdə arıqlama müddətini daha da sürətləndirdi. Çəkinizin artmasını istəmirsinizsə, toyuğun ən yağsız yerlərini yeyin. Ən idealı yer toyuğun sinəsidir. Bibər metabolizmanı sürətləndirir. Yağ yandırmağa kömək edir, antioksidant tərkiblidir.

Sürətli arıqladan yemək kombinasiyaları

Acı bibər səpilmiş avokadolu, taxıllı çörək

Arıqlamağa kömək edən ikinci yemək kombinasiyası, səhər yeməyi üçün ideal seçimdir. Damarları qoruyan sağlam yağlardan ibarət olan avokado son illərdə daha da məşhurlaşdı.

Sürətli arıqladan yemək kombinasiyaları

Darçınlı və fıstıq əzməli alma

Fıstıq əzməsi tərkibindəki yağlar uzun müddət toxluq hissi yaradır. Bədəndəki insülinin səviyyəsini nizamlayır. Almadakı lif qarın bölgəsində yığılan yağların yox olmasına kömək edir. Bədəni gücləndirən vitaminlərdən, minerallardan və antioksindatdan ibarətdir.  Darçın isə qan şəkərini tənzimləyir.

Sürətli arıqladan yemək kombinasiyaları

Nanəli və limonlu yaşıl çay

Yaşıl çay sağlam həyat tərzinə sahib olmaq istəyənlər üçün ən yaxşı içkilərdən hesab olunur. Yağ yandırmağa kömə edir. Yaşıl çayı nanəli və limonlu içdikdə arıqlama müddəti sürətlənir.

Sürətli arıqladan yemək kombinasiyaları

 

1 may 2019
GO BACK