Kökəldiyinizi çox düşünürsünüz
Arıqlamaq üçün pəhrizin kifayət etdiyini düşünürsünüzsə, yanılırsınız. Davamlı kökəldiyinizi düşünürsünüzsə, bu düşüncə sizə mənfi təsir edəcək.
Sürətli yemək yeyirsiniz
Yeməyinizi yeyərkən yarışmada olduğu kimi sürətli yeyirsiniz? Sürətinizi azaldın, çünki yeməyi həmin an bitirməklə mükafat almayacaqsınız. Sürətli yemək, ən çox edilən xətalardan hesab olunur. Tikəni yaxşıca çeynəyib, udmağa çalışın.
Səhər yeməyini yeməmək
Əsas yeməkləri yeməmək edilən xətalardan biridir. Yemək yemədikdə az kalori aldığınızı düşünürsünüzsə, səhv edirsiniz. Səhər yeməyi metabolizmanı sürətləndirir. Amma səhər yeməyində sağlam qidalar yeməyə diqqət edin.
Hər gördüyünüz pəhrizi yoxlayırsınızsa
Hər gördüyünüz pəhrizi tətbiq etməyə çalışmağınız səhv hərəkətdir. Öz bədənizə və həyat tərzinizə uyğun pəhriz seçməlisiniz. Sürətli çəki atmağa kömək edən pəhrizdən uzaq olmağa çalışın. Bu pəhrizlər olduqca ziyanlıdır. Ciddi sağlamlıq problemlərinə yol aça bilirlər.
Şəkər qəbulu
Şirniyyatdan uzaq olmağa çalışarkən, yediyiniz və sağlam olduğunu düşündüyünüz qidaların şəkər səviyyəsi haqqında məlumatınız varmı? Meyvəli yoqurtlardan yemək ən böyük pəhriz xətalarından hesab olunur. Onun yerinə qatığa bir qaşıq bal qatıb yeyə bilərsiniz.
İdman etmirsiniz
Bir çox insan təkcə pəhriz sağlam arıqlaya biləcəyini düşünür. Bu səhv düşüncədir. İdmanla daha rahat arıqlaya bilərsiniz. Həmçinin idman əzələni qoruyub, yağları əridir.