Qarın ətrafındakı yağları bu 4 ərzaqla əridə bilərsiniz.
Alma
Qidalanma mütəxəssislərinin tövsiyələrinə görə, hər gün alma yeyərək günə başlamaqda fayda var. Almanı səhər yeməyində yedikdə daha təsir olur. Tərkibindəki C vitamini və başqa maddələr yağları əritməyə kömək edir. Buna görə də, hər gün 2-3 ədəd alma yeməyi unutmayın.
Banan
Qidalanma proqramınıza toxluq hissi yaradan ərzaqlardan biri olan bananı əlavə edə bilərsiniz. Səhər və günortadan sonra yesəniz aclıq hiss etməyəcəksiniz.
Avokado
Düz qarına sahib olmaq istəyənlər mütləq avokado yeməlidir. Aclıq hissini aradan qaldırmaqla yanaşı qarın yağlarını əridir. Hər gün 1 ədəd avokado yeyin.
Pomidor
Qandakı lipidləri azaldaraq bədəni təmizləyir və yağ yığılmasının qarşısını alır. Salatlarda və əsas yeməklərdə yeyin.