Qadin.NET / Arıqlamağa mane olan səbəblər

Arıqlamağa mane olan səbəblər

 

Pəhriz zamanı edilən xətaları sizə təqdim edirik:

 

Pəhriz əsnasında edilən səhvlərdən biri çoxlu meyvə yeməkdir. Meyvənin kaloriyasının az olduğunu düşünərək meyvə yeyirlər. Meyvə bir porsiyadan çox qəbul edilməməlidir.

Arıqlamağa mane olan səbəblər

Həkim müayinəsindən keçmədən pəhrizə başlamaq yalnışdır. Kökəlməyin fərqli səbəbləri ola bilər. Bir çox xəstəlik də kökəlməyə səbəb olur.

Arıqlamağa mane olan səbəblər

Tez-tez pəhrizə başlamaq və pəhrizi yarıda qoymaq böyük səhvdir. Bu tərz davranışlar daha çox kökəlməyə səbəb olur.

Arıqlamağa mane olan səbəblər

Kökəlməyə səbəb olan bir başqa səbəb stresdir. Bir çox xəstəliyin səbəbi olaraq göstərilən stress, kortizol hormonu artırır , bu da bədəndə yağ yığılmasına səbəb olur.

Arıqlamağa mane olan səbəblər

Gec yatmaq kökəlməyə səbəb olur. Melatonin hormonu az ifraz olunduqda çəki artır. Melatonin hormonu ən çox 23:00 - 04:00 arası ifraz olunur. Bu vaxtlar yatmaq daha faydalıdır.

 

4 sentyabr 2018
GO BACK