Qadin.NET / Səhər yeməyində 3 qidadan uzaq olun

Səhər yeməyində 3 qidadan uzaq olun

 

Portağal suyu

Portağal suyunun səhər yeməyində faydalı olduğunu düşənənlər ola bilər. Ancaq araşdırmalar bunun tərsini göstərir. Portağal nə qədər C vitamini mənbəyi olsa da, şəkər baxımından da zəngin meyvədir. Bir stəkan portağal suyunda təxminən 9 qaşıq şəkər var. Ac qarnına portağal suyu içmək arıqlamağa mane olur.

 

Səhər yeməyində 3 qidadan uzaq olun

 

 

Hazır qəhvələr

Səhərlər istifadə edilən hazır qəhvələr, həm kökəlməyə kömək olur, həm də sağlamlığınızı təhdid edir. Bir çox insan  özünü tox saxladığını iddia edərək, səhər yeməyini yemir, ancaq hazır qəhvələr içirlər. Amma bu arıqlamaqdan çox, kökəlməyə səbəb olur. Mütəxəssislərə görə bu qəhvələr yağ və şəkər bombasıdır.

 

Səhər yeməyində 3 qidadan uzaq olun

 

 

Yüksək karbohidratlı qidalar

Pəhrizdə olanlar və arıqlamaq istəyənlər səhər yeməyin xəmirdən hazırlanmış məhsullardan uzaq olmalıdırlar. Bulka kimi qidaların səhər qəbulu doğru deyil. Bu qidalar çörəkdən daha ziyanlıdır. Karbohidratların əmilməsi sürətli olsa da, bədəndən atılması gec olduğu yağa çevrilirlər.

 

Səhər yeməyində 3 qidadan uzaq olun

 

16 avqust 2018
GO BACK