Edilən pəhrizlərin ardından təkrar artan çəkilər hamını narahat edir. Sizlər üçün atdığınız çəkiləri geri qazanmamağın yollarını araşdırdıq:
Kaloriləri hesablayın
Qəbul etdiyiniz və atdığınız kaloriləri hər zaman hesablayın. Bu formada qəbul etdiyiniz qidaları davamlı olaraq yoxlamış olacaqsınız. Bunu etmək üçün kaloriləri ifadə edən rəqəmləri yaddaşınızda saxlamağa ehtiyac yoxdur. Ümumi olaraq kalorili olduğunu və ya sizə çəki qazandaracağını düşündüyünüz qidalarla qidalanmamağa çalışın.
Çox su için
Pəhriz edərkən və pəhrizdən sonra etməli olduğunuz ən əhəmiyyətli şeylərdən biri çox su içməkdir. Su içmək atdığınız çəkilərini qorumağınıza kömək edəcəkdir.
Düzgün qidalanma həyatınızın bir hissəsi olsun
Pəhriz bitdikdən sonra əvvəl yediyiniz qidalara geri dönməyin. Bunun əvəzinə özünü üçün artıq çəki almağınıza səbəb olacaq qida və içkilərdən uzaq, hər zaman edə biləcəyiniz qidalanma proqramı yaradın.
Hərəkətdə olmağa diqqət edin
Bunun üçün idman salonlarına getməyə ehtiyac yoxdur. Lift yerinə pilləkan istifadə edin və ya gedəcəyiniz yerə bir dayanacaq əvvəl avtobusdan enməyiniz kifayət edəcəkdir. Bu kiçik məşqlər əhəmiyyətsiz kimi görünsə də çəkinizi qorumağa sizə kömək edəcəkdir.