Banan sevənlər üçün, 3 günlük banan pəhrizini təqdim edirik.
Banan həzm sistemini sürətləndirir və qidaların sürətlə əmimilməsini təmin edir. Uzun müddət toxluq hissi yaradır.
Banan pəhrizi necə olur?
3 gün ərzində səhər yeməyində az yağlı süd ilə birlikdə banan yeyin. Əgər normal süd istifadə etmirsinizsə, soya və ya badam südü də istifadə edə bilərsiniz. Digər yeməklər zamanı şirniyyat və kaloriyası yüksək yağlı qidalar yeməməyə çalışmalısınız. Ara yeməklər zamanı yaşıl çay, zəncəfil çayı kimi içkilərdən istifadə etməlisiniz.