Maye pəhrizi
30 gün ərzində tutulan bu pəhrizdə, sadəcə maye qəbul edilir. Protein, yağ, lif və karbohidrat səviyyəsini qorumayan maye pəhrizi, həzm sistemində xəstəliklər yarada bilir.
Qan qrupu pəhrizi
Yeyilən yeməklərin qan qrupuna görə reaksiya göstərdiyini müdafiə edən bu pəhriz, Peter D Adamo tərəfindən yaradıldı. Ancaq elmi araşdırmalar nəticəsində qan qrupunun kilo verməklə əlaqəsi olmadığı ortaya çıxdı.
Çiy qida pəhrizi
Sağlam olmayan qəlyanaltılar yerinə tərəvəz və meyvə qəbul etmək mövzusunda həmfikir olan dietoloqlar, yeməklərin bişirilməsi haqqında fərqli düşünürlər. Bişən qidaların zərərli olduğunu deyənlər olsa da, bişirkən zərərli bakteriyaların öldüyünü unutmamaq lazımdır.
5 tikə pəhrizi
Bu pəhrizi yaradan mütəxəssis gündə 5 dişlək almağı məsləhət görür, amma bu pəhriz olduqca zərərlidir. Sağlam bəslənməyə mane olan bu pəhriz olduqca zərərlidir.