Qadin.NET / Pomidor-limon diyeti

Pomidor-limon diyeti

 

Ekspertlərə görə yemək yedikdən 20 dəqiqə sonra beyinə doymaq siqnalı verilməsinə baxmayaraq beyində meydana gəlmiş "yenə,bir pay daha " istəyini yox etmədiyimiz təqdirdə kilo vermək mümkün deyil. Bu diyetin əsl məqsədi "pay" məntiqini ortadan qaldırmaqdır! Belə ki: Pomidor və limon suyunun içindəki fermentlərin bir qisimi, mədə siniri üzərində təsir edərək mədə əzələlərinin büzülməsinə, buna bağlı olaraq da aclıq duyğusunun ortadan qalxmasına səbəb olur. Beləki, mədəyə gələn yağlayarın kimyəvi quruluşunu pozaraq əhəmiyyətli bir qisminin bağırsaqlardan həzm edilmədən xaric edilməsini təmin edir. Beləcə mədənin beynə göndərdiyi "ye" əmrinə də maneə törədilir. Mədə narahatlığı çəkənlər, bu diyetdən uzaq dayanmalıdır!
Bir günə edə biləcəyiniz diyet proqramı:
* Səhər qalxdığınızda bir stəkan suya 3 xörək qaşığı limon suyu əlavə edib için *
* Bir saat sonra bir stəkan pomidor suyu*
* Bir saat sonra qaynadılmış kartof *
* Bir saat sonra yarım stəkan pomidor suyu və 4 dənə albalı* 
* Bir saat sonra bir dilim qarpız* 
* Bir saat sonra bir stəkan pomidor suyu *
* Bir saat sonra bir stəkan ayran *
* Bir saat sonra bir stəkan pomidor suyu* 
* Bir saat sonra bir stəkan suya 4 xörək qaşığı limon suyu əlavə edib için *
* Bir saat sonra 1 ədəd qaynadılmış kartof *
* Bir saat sonra 8 ədəd albalı *
* Bir saat sonra 1 kiçik kasa yağsız qatıq *
* Bir saat sonra 1 dilim qarpız və 30 qram duzsuz pendir*
Qeyd: Hər saat arasında təsadüfi bir şəkildə az yağlı hər hansı bir zeytun yağlı tərəvəz yeməyi ya da bol sirkəli salat yeyə bilərsiniz.
Bir şeyi də deyim xanımlar.Əgər kilonuzun olduğu kimi qalmasını istəyisinizsə və ya da arıqlamaq istəyirsinizsə hər səhər yuxudan qalxdığınızda otaq temperaturunda bir stəkan ilıq su için.Suyu içdikdən yarım saat,bir saat sonra yemək yeməyə başlaya bilərsiniz.

13 avqust 2011
GO BACK