Qadin.NET / Arıqlamağa kömək edən salat

Arıqlamağa kömək edən salat

 

Avokado, ölkəmizdə çox istifadə edilməsə də xaricdə pəhriz mütəxəssislərinin tövsiyə etdiyi meyvələrdən biridir. Çünki bədəndəki zərərli toksinləri atır, bağırsaqları işlədir, yağ əriməsini sürətləndirir və uzun müddət tox saxlayır. Bu faydaları sayəsində pəhriz cədvəllərinin əvəz olunmaz meyvəsidir.

 

Arıqlamağa kömək edən salat

 

 

Tərkibi:

1 ədəd avokado

5 ədəd kiçik pomidor

5 yarmaq ağ reyhan

 istəyinizə görə kələm

yarım limon suyu

1 ədəd kiçik xiyar

1 ç/q kətan toxumu

50 qram qaragilə

 

Arıqlamağa kömək edən salat

 

 

Hazırlanması:

Xiyarı, pomidorları və avokadonu doğrayın. Göyərtilərlə qarışdırın. Son olaraq da qaragiləni də əlavə edin. Xiyarın sousu üçün limon suyu, bir az duz və kətan toxumunu kiçik kasada qarışdırın. İstəyinizə görə sirkə də əlavə edə bilərsiniz. Sonra sousu salata əlavə edib yaxşıca qarışdırın.

3 dekabr 2017
GO BACK