Qadin.NET / Qozlu şorba detoksu

Qozlu şorba detoksu

 

İş və sosial həyatın arasında qaçarkən formanısı da qorumaq istəyənlər üçün xüsusi reseptimiz var. Bu resept sayəsində bədəninizi zərərli toksinlərdən təmizləyə bilərsiniz. Eyni zamanda pəhriz cədvəlinizə də rahatlıqla əlavə edə biləcəyiniz bu şorbanın, tərkibində bol miqdarda C vitamini və antioksidant var. Onun sayəsində bədəninizi xəstəliklərdən də qoruya bilərsiniz.

Qozlu şorba detoksu

 

Tərkibi:

1 şaxə cəfəri

1 şaxə şüyüd

1 ədəd qırmızı soğan

3 ədəd kabak

1 ç/q istiot

1 ç/q cirə

8 ədəd qoz

3 ədəd kiçik pomidor

 

Qozlu şorba detoksu

Hazırlanması:

Kabakları qabıqları ilə doğrayın və qazana qoyun. Qoz xaric digər tərkibi doğrayaraq qazana əlavə edin. Sonra ədviyyatları əlavə edərək su tökün. 10 dəqiqə bişirin və blenderdən keçirib qoz əlavə edin. Bütün tərkibi parçaladıqdan sonra şorbanızı servis edə bilərsiniz.

28 noyabr 2017
GO BACK