Qadin.NET / Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

Orta əsrlər gözəllərinin ekslüziv reseptləri ilə tanış olmaq istəyirsinizsə, yaxın oturun!

Yəqin hamınız Türkiyə istehsalı olan "Möhtəşəm əsr" serialını izləmisiniz. Sultan hərəmxanasında olan gözəllərin pəhrizi, qidalanması haqqında Yana Bay Lilik adlı bir xanım maraqlı xəbər hazırlayıb və rus saytlarında paylaşıb. Həmin reseptləri Qadin.Net saytında da sizlərlə bölüşmək istədik. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

Qeyd edək ki, hərəmxanda olan gözəllər xüsusi pəhrizləri saxlayıb elə də özlərinə sıxıntı vermirdilər, əksinə onlara gün ərzində 7 dəfə yemək verilirdi. 
Səhər yeməyi: 

Saat 8- yüngül

Saat 10 - əsas

Saat 12 - qəhvə

Əvvəlcə orqanizmi oyatmaq lazımdır. Sonra yedirmək lazımdır. Daha sonra bir az daha enerji vermək. 

Ardından digər yemək payları hər iki saatdan bir təqdim olunur. İşin əsas məsələsi sultan gözəllərinə verilən yemək miqdarları kiçik olurdu, təxmini 250 qr. 

Beləliklə başladıq:

1. Səhər yuxudan oyanar oyanmaz ilıq su için.

2. Daha sonra yüngül qida kimi bir bardaq ayran. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

3. Özünüzü gümrah hiss etmək üçün qəhvə için, ancaq qəhvə türk qəhvəsi olmalıdır.

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

4. Gün boyu güclü və qüvvətli, enerjili qala bilmək üçün qida rasionunda yumurtanın rolu böyükdür. Bu səbəbdən sultan gözəlləri ispanaqlı yumurta yeyirdilər, həm ləzzətlidir, həm də faydalı. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

5. Siqara börəyi; iki tərkibdə ola bilər, ya kartoflu, ya da pendirli. Hər iki tərkibə zövqə görə göyərti əlavə edə bilərsiniz. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

6. Yeməklərlə birlikdə verilən məzələrdən olan əzmə də çox faydalıdır. Tərkibi çox xırda doğranmış pomidor, xiyar, şirin bibər və soğandan ibarətdir. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

7. Yüngül salat olan "Qızıl salat". Tərkibi yumurta, şirin bibər, zeytun, sirkə. Maksimal porsiya - 250 qr.

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

8. Bulqur salatı. Tərkibi, bulqur, pomidor, xiyar, cəfəri, şirin bibər, nanə, limon. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

9. Cariyələri hər zaman olmasa da həftədə bir dəfə səhər yeməklərinə ətli yeməklər verilirdi. Ən məşhur təamları "Çevrilmiş qazan" adlanırdı. Tərkibi toyuq əti, soğan, şirin bibər, kələm, kök və yenə də 250 qr. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

10. Türk üsulu ciyər. Tərkibi ciyər, pomidor, baş soğan, cəfəri, istiot, sumaq. 

Cariyələrin pəhrizi- 20 səhər yeməyi (1)

 

 



10 iyun 2016
GO BACK