Pəhriz saxlamaq can sıxıcıdır! Pəhrizdə tətbiq edilən qadağalar isə vaz keçməyə səbəb olur. Bu səbəblə sosial yaşamı məhdudlaşdırmadan şəxsə xüsusi olaraq və elastic qidalanma proqramlarının təqib edilməsi fərqində olmadan çəki atmağa kömək edəcəkdir. Eyni zamanda yeni bir baxış bucağına sahib olub bu vərdişləri həyat tərzinizə çevirdiyinizdə məhdudlaşdırmalardan xilas olub, müstəqil olacaq və çəkinizi uzun müddət saxlaya biləcəksiniz. Həyat nizamlardan ibarətdir.
VB6 pəhrizinin yaradıcısı, yazıçı Mark Bittmanın dediyi kimi, “ Daim tətbiq edə biləcəyimiz və çox radikal olmayan bir pəhrizə ehtiyacımız var.
” VB6, “part time vegan” qidalanmanı xatırladan və axşam 18:00- a qədər sadəcə tərəvəz, meyvə, quru paxlakimilər, dənli bitkilər, çərəz və toxumların yeyildiyi, heç bir heyvan mənşəli qida istifadə etməyib, sırf vegeterian qidalanma təqib edilib, eyni zamanda işlənmiş paket məhsullar, ağ çörək, ağ düyü və makaron kimi bəsit karbohidratlar və spirtli içkidən uzaq olan bir qidalanmadır. Ancaq saat 18:00-dan etibarən hər yeyəcəyi yemək sərbəstdir. Təbii nəzarətli olmaq şərtilə. Avantajları: bu pəhriz həm kompleks karbohidratlar, həm də bitki tərkibli, heyvan mənşəli protein təşkil etdiyi üçün tək tip qidalanma proqramı deyil və şəxslərə xüsusilə axşam yeməklərində elastiklik yaratdığı üçün tətbiq edilməsi və davam etdirilməsi çox asan bir pəhrizdir.
Bu pəhrizə başlamzdan qabaq mütləq bir mütəxssisdən məsləhət alın və sağlamlıq testindən keçməniz lazımdır. Gün ərzində qida dağılmının vacibliyinə diqqət çəkən Qamze Şanlı Ak, bu pəhriz proqramının mütləq mütəxəssis dietoloq tərəfindən təqib edilməsi lazım olduğunu vurqulayır.
VB6 pəhrizi nədir? “The New York Times”'da gastronomy (yemək nizamı və sistemi) yazarı olan Mark Bittman, həddən çox çəki, şəkər və yüksək səviyyəli bir xolesterinlə mübarizə apararkən həm çəki atmasını təmin edən, həm də ictimailəşməsinə mane olmayan öz pəhriz formulunu tapdı. Bu şəkildə yaranan VB6 pəhrizi saat 18:00-a qədər çoxluqla tərəvəz və meyvə ilə qidalanmaq sistemi üzərində qurulur. Bu pəhrizin əsas xüsusiyyəti, müddətsiz tətbiq edilə bilməsidir. Bəzi hallarda qayda, axşam yeməklərində və ya müəyyən bir vaxtda ət, yumurta və süd məhsulları yeməmək, digər hallarda isə bazar ertəsindən cüməyə qədər pəhriz saxlamaq və həftə sonlarıda normala dönmək.