Arıqlamağın bir yolu da meyvələrdən keçir. Meyvə pəhrizi həm sağlamlıqdır, həm də sürətli arıqlatma vasitəsidir. Portağal pəhrizi ilə 15 gündə 7 kq arıqlaya bilərsiniz. "Portağal ilə necə arıqlamaq olar?" deyirsinizsə, buyurun, diqqətlə oxuyun. Portağal pəhrizi saxladığınız zaman qızarmış yeməklərdən və şirniyyatlardan uzaq durmalısınız. Hər gün 2-2,5 litr su içməlisiniz. 15 günlük pəhriz 3 mərhələdə həyata keçiriləcəkdir. Əgər allergiyalı adamsınızsa, o zaman bu pəhrizdən uzaq durmaq məsləhətdir.
Səhər yeməyi hər zaman eynidir.
1 portağal və ya qreypfrut, 1 dilim tost, şəkərsiz qəhvə, çay və ya süd.
1-ci gün
Nahar: yarım qreypfrut, 1 qaynadılmış yumurta.
Axşam: 2 qaynadılmış yumurta, 1 kasa salat, pomidor şorbası.
2-ci gün
Nahar: 1 portağal, 1 qaynadılmış yumurta, 2 dilim tam taxıllı tost çörəyi.
Axşam : 125 q mal əti, 1 portağal, 1 dilim tost, pomidor, 1 stəkan şəkərsiz çay.
Nahar: 1 portağal, 1 qaynadılmış yumurta, 1-2 kasa salat, 1 stəkan şəkərsiz çay.
Axşam: 125 q mal əti, 1 portağal, 1 dilim tost, pomidor, 1 stəkan şəkərsiz çay.
4-cü gün
Nahar: 125 q inək pendiri, 1 ədəd pomidor, 1 dilim tost çörəyi.
Axşam: 125 q qiymə, 2 ədəd pomidor, 1 ədəd alma, 1 dilim tost çörəyi
5-ci gün
Nahar: 200 q bişmiş ət ya balıq, 1 ədəd pomidor, 1 dilim tost çörəyi.
Axşam: ½ kq bişmiş meyvələr (kök, noxud, kartof), 1 ədəd yumurta, 1 ədəd pomidor.
Növbəti günlərdə isə bu beş günlük ritualı davam etdirməyiniz gərəkdir.