Qadin.NET / Kalorilər, onların miqdarı

Kalorilər, onların miqdarı

Kalorilər, onların miqdarı

Bildiyimiz kimi, insan gün ərzində qəbul etdiyi yemək və içmək vasitəsilə kalorilər qəbul edir. Fiziki işlər və hərəkətlər ilə isə bu kaloriləri xərcləyirik. Sizə hər hansı bir işlə məşğul olduqda bir saat ərzində intensivlikdən asılı olaraq nə qədər kalori xərclədiyimiz barəsində siyahını təqdim edirəm:

Fəaliyyət   Kkal

Aerobika 400-700

Qolf 200-300

Xizəklə sürüşmə 300-1000

Qaçış 300-1200

Futbol 350-800

Basketbol 350-750

Trenajor zalında 250-600

Yürüş 200-500

Voleybol 200-500

Buzda sürüşmə 200-800

Velosipeddə 250-1000

Masa tennisi 200-400

Təkərli ayaqqabı ilə sürüşmə 200-800

(Buzsuz) hokkey 350-750

Tennis 400-800

Rəqs 250-800

Üzgüçülük 350-800

70 kiloda olan qadın yuxu zamanı saatda təxminən 65 kkal, TV-yə baxanda 85 kkal, ev işləri ilə məşğul olduqda isə 160 kkal sərf edir.

 Qaçış zamanı nə qədər kalori xərclədiyinizi bilmək üçün isə bu düsturdan istifadə edə bilərsiz:

yaş x kilometrin miqdarı x 1 = xərclənmiş kalori

İndi isə sizə müxtəlif qrup insanlara aid olan sutkalıq kalori normasının miqdarını təqdim edirəm (yəni gün ərzində nə qədər kalori qəbul edilməlidir):

Hamilə qadınlar - 3200

Südverən analar - 3500

Kişilər - 3300

Qadınlar - 2800

İdmançılar:

Kişilər - 4500 - 5000

Qadınlar - 3500 - 4000

Ağır fiziki işlə məşqul olan kişilər -  4500 və daha çox

Uşaqlar:

6 aydan 1 ilə qədər - 800

1 ildən 1,5 ilə qədər - 1330

1,5 - 3 yaş - 1480

3 - 4 yaş - 1800

5 - 6 yaş - 1990

7 - 10 yaş - 2380

11 - 13 yaş - 2860

Yeniyetmələr:

Oğlanlar 14 - 17 yaş - 3160

Qızlar 14 - 17 yaş – 2760

 

Qeyd 1: Qeyd edilənlər sutkalıq normal kalori miqdarıdır və buraya arıqlamaq istəyənlərin sutkalıq kalori miqdarı daxil deyil.

Qeyd 2: Yeməklərin kaloriləri və siyahıda qeyd edilməmiş fiziki işlərə xərclənmiş kalorilərin miqdarı barədə məlumat  üçün Google saytına müraciət etsəniz, çoxlu məlumat əldə edərsiz.

Qeyd 3: Arıqlamaq üçün gün ərzində qəbul edilmiş kalorinin miqdarı xərclənmiş kalorinin miqdarından az olmalıdır. 

14 aprel 2011
GO BACK