Qadin.NET / Yeni ili sağlam qarşılayın

Yeni ili sağlam qarşılayın

Yeni ili sağlam qarşılayın

Yeni il yeni ümidlər deməkdir. Yeni ilə daha incə olaraq daxil ola bilərsiniz. Yeni bədən ölçünüzlə yeni ili qarşılamaq istəyirsinizsə, dietoloqların təklif etdiyi bu məsləhətləri diqqətlə izləyin. 

Pəhrizdə olmaq ac qalmaq demək deyil.

Pəhriz zamanı ac qalmamalısınız. Ac qalsanız, bədəniniz “küsər” və çəki itirməyinizi gecikdirər. Mədə heç zaman boş qalmamalıdır. Lakin bu o demək deyil ki, bol-bol yeməlisiniz. Hər şey qədərində faydalıdır. 

Yeni ili sağlam qarşılayın

Suyu qədərində için.

Bədəninizi susuz qoymayın. Susuz qalan bədən qarşıdakı yeni ildə sağlamlıq probleminizlə üz-üzə qalmağınıza səbəb yarada bilər. Az su içmək həzm etmə prosesini zəyiflətdiyi üçün içiləcək suyun qədərinə diqqət etməyiniz  mütləqdir.

Motivasiya da vacibdir.

Zərərli və bahalı qidalara yer ayırsanız, həm büdcənizə zərər vermiş olarsınız, həm də sağlamlığınıza. Odur ki, yediklərinizin miqdarına və faydalı olmasına diqqət edin. Unutmayın ki, özünüzə və bədəninizə güvənməlisiniz.  

Yeni ili sağlam qarşılayın

Artıq gecdir, deməyin.

Sağlam həyat tərzinə qovuşmaq mütləqdir. Ancaq unutmayın ki, sağlam qidalanmaq və normasında yeməklə iş bitmir. Eyni zamanda idman da etmək lazımdır. Bir əli dörd barmaq olaraq təsəvvür edə bilmiriksə, pəhrizi də idmansız təsəvvür etmək mümkün deyil. Onlar bir-biri ilə bağlı olmaqla yanaşı, həm də təsirlidirlər. “Yeni ilə az qalır və artıq pəhriz üçün gecikdim” deməyin. Bədəninizə qulaq asın. İdmandan uzaq qalmayın.  

Yeni ili sağlam qarşılayın

Sevdiyiniz qidalara üstünlük verin.

Pəhriz zamanı çox zaman sevilməyən yeməklər yemək məcburiyyətində qalmısınız. Lakin bu pəhriz sayəsində istənilməyən yeməkləri yeməyəcəksiniz. Əksinə öz sevdiyiniz qidalardan zövq ala və faydalana bilərsiniz. Sevərək yeyilən qidanın bədənə daha çox faydası toxunur, nəinki məcbur olaraq yeyilən sevilməyən qidalardan.  

Yeni ili sağlam qarşılayın

Gündəlik hazırlayın.

Əhval-ruhiyyənin insan bədəni üçün təsiri danılmazdır. Bununla yanaşı hər gün yeyilən qidaların da əhvalımıza təsiri olur. Gün ərzində nə yediyinizi qeyd etməklə gündəlik hazırlaya bilərsiniz. Bu yolla mədənizi tanımış olacaqsınız. Əhvalınızın hansı halında hansı qidalara üstünlük verdiyinizi kəşf etmiş olacaqsınız. Bu gündəlik sayəsində digər günlərinizin menyusunu tərtib etmək imkanına sahib ola bilərsiniz. 

8 dekabr 2014
GO BACK