Qadin.NET / Arıqlamağa kömək edəcək 13 məhsul-2

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Qreyfut

Əgər siz bu meyvəni hər dəfə süfrəyə əyləşmədən öncə yesəniz, görəcəksiniz ki, gün keçdikcə iştahanız azalmağa doğru gedir. Həmçinin bu meyvənin təkibində olan pektin maddəsi mədə və bağırsaqda maddələr mübadiləsinin pozulmasına səbəb olacaq və bu da sellülozanın əriməsinə səbəb olur. 

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Darçın

Gündə dörddə bir çay qaşığı darçın dəmləyib içsəniz, qanda qlükozanın səviyyəsini azaldacaq və eyni zamanda insulin istehsalını azaldacaq. Buna görə də aclıq hissi ilə asanlıqla mübarizə apara biləcəksiniz. Üstəlik darçının möcüzəvi təsirlərindən biri də odur ki, maddələr mübadiləsinə çox gözəl təsir edir.

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Alma sirkəsi

Arabir hazırladığınız tərəvəz salatlarına alma sirkəsi əlavə edin. Alma sirkəsi qanda xolesterini azaldır və aclıq hissini azaldır. Ancaq heç bir halda bu faydalı məhsuldan qədərindən artıq istifadə etməyin. Əks halda qastiridə və turşuluğun artması ilə mədədə qıcqırmaya səbəb ola bilər. 

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Tofu pendiri

Arıqlamaq istəyənlər üçün inək südündən hazırlanmış yağlı pendir arzuolunmazdır. Lakin soya tofu pendiri ona yaxşı alternativ ola bilər. Yağlılığı nisbətən aşağı olan bu pendir insanı tez doydurur. Adamın özünü uzun müddət tox hiss etməsinə səbəb olur. Onun spesifik dadı və qoxusu olur. Yeganə çətinlik bu dada alışmaqdır. 

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Qoz

Yüksək kalorilidir, lakin çox faydalı məhsuldur. Qoz insanda yaxşı əhval-ruhiyyə yaratmaq üçün maqneziumla, mikroelementlə zəngindir. Qanda şəkərin səviyyəsini normallaşdırır, damarları möhkəmləndirir, eyni zamanda onları daha elastik edir. Kiçik bir qoz yemək insanda uzun müddət toxluq hissi yaradır. 

Arıqlamağa kömək edəcək 13 məhsul-2

Qarğıdalı yarması

Bədən quruluşunun qayğısına qalan hər bir insanın ideal səhər yeməyi ola bilər. Qarğıdalı yarmasının tərkibində olan sellüloz toxluq hissi yaradır, polifenollar isə damarların divarlarına gücləndirir, hətta bəzi məlumatlara görə, artıq mayeni çıxarır, xərçəngin qarşısını alır. Qarğıdalı yarması tərkibində mikroelementlər vardır ki,(A, B qrupu vitaminləri, maqnezium, sink, xrom) bu da maddələr mübadiləsini yaxşılaşdırmağa yardım edir.

6 sentyabr 2014
GO BACK