Qadin.NET / Bayram sonrası pəhriz menyusu

Bayram sonrası pəhriz menyusu

Ramazan bitdi, bayram keçdi. İndi artıq çəkidən qurtulmaq zamanıdır!

Qonaqlıqlarda xəmir yeməkləri və şirniyyatlara yox deyə bilməmişik. Formaya sala bilən pəhrizlərlə əvvəlki kilolarınıza çata bilərsiniz. Əvvəlcə kökəlməmək üçün bu tövsiyyələrə diqqət etmənizdə fayda var.
- Yağlı süd yerinə az yağlı və ya yağsız süd içməyiniz məsləhət olunur.
- Alış-veriş edərkən üzərində az yağlı yazılan qatıqlardan alın.
- Salatlarınıza sos və ya mayonez istifadə etməyin.
- Yağlı və hisli pendirin əvəzinə az yağlı, ağ pendiri seçin.
- Qızarmış yeməklər yerinə suda qaynadılmış və ya buxarda bişmiş olanları yeyin.
- Qırmızı ət yerinə balıq və toyuq yeyin.
- Bol soslu və kremli yeməklərdən uzaq durun. Ürəyiniz çox istəsə, həfdədə bir dəfə olmaq şərti ilə yeyə bilərsiniz.
- Həftədə 4 gün ən az yarım saat məşq və ya yürüyüş edin.
 

 

Bayram sonrası pəhriz menyusu

 

Səhər yeməyi
Seçənəklər...Gördüyünüz menyulardan birini seçə bilərsiniz
  1. 1 bardaq süd, 1 bardaq meyvə suyu, 1 orta boy banan
  2. 1 qatı bişmiş yumurta, 1 dilim cemli tost çörəyi, 1 kasa meyvəli yoqurt
  3. Yarım təzə qreyfurt, 1 çay qaşığı bal, 1 dilim tost çörəyi, 1 kibrit böyüklüyündə ağ pendir.
  4. 1 dilim kəpəkli çörək, 1 ç.q kərə yağı, 1 bardaq alma suyu və ya portağal suyu.
  5. 1 bardaq süd və 3 çay qaşığı kakao ilə hazırlanmış isti kakao, 2 diyet biskviti və iki çay qaşığı krem pendir.
 

 

Bayram sonrası pəhriz menyusu

 

Nahar

Seçənəklər...Gördüyünüz menyulardan birini seçə bilərsiniz

  1. 1 pamidor, 50 q yağsız balıq, 1 ç.q mayonez, 1 qaşıq qaynadılmış qarğıdalı, 1 xiyar, 1qaşıq zeytun yağı və limonla hazırlanmış salat. Ardından 1 orta boy banan.
  2. 2 incə dilim qara çörək, 2 ç.q kərə yağı, 2 dilim pendirlə hazırlanmış sandviç, yanına 1 bardaq portağal suyu və alma.
  3. 1 qatı bişmiş yumurta, 1 boşqab yaşıl salat, 50 q qaynadılmış toyuq əti, 1 portağal.
  4. 80 q toyuq əti, 30 q kərəviz, 1 x.q zeytun yağı ilə qaynadılış toyuq salatı.
  5. İzqarada qızardılmış 60 q. Hanburger əti, 1 boşqab doğranmış pamidor və xiyar, 1 alma.
  6. 1 boşqab pomidor şorbası, 1 boşqab kələm salatı, 1 dilim kəpəkli çörək.

Axşam yeməyi

Seçənəklər...Gördüyünüz menyulardan birini seçə bilərsiniz

  1. 1 boşqab mərci şorbası, 100 q qaynadılmış toyuq, 1 boşqab qaynadılmış tərəvəz, vanilli 1 top dondurma.
  2. 3 ədəd qaynadılmış sosiskanın yanında 1 qaynadılmış katof, yaşıl soğan və keşnişlə qaynadlmış katof salatı.
  3. 1 boşqab pomidor şorbası, 3 ədəd ətli badımcan dolması, 1 boşqab meyvə salatı.
  4. 1 boşqab yağsız makaron, 2 ədəd közdə bişmiş balıq, 2 top meyvəli dondurma.
  5. 1 boşqab tərəvəz şorbası, 3 küftə, 1 boşqab kök salatı, 1 şaftalı.
  6. 80 q qaynadılmış balıq, yanında 1 boşqab rəndələnmiş kök və 1 orta boy qaynadılmış kartof.
5 avqust 2014
GO BACK