Qadin.NET / Vegeterianlığın faydası və zərəri

Vegeterianlığın faydası və zərəri

Vegeterianlığın faydası və zərəri 

Bir çox sənət və elm adamları ətdən üz döndərib,meylini bitkilərə salıb.Bunlardan bəziləri heyvanlara olan mərhəmətdən,bəziləri isə sağlamlıq naminə bu addımı atıblar.Hollivuddan aktyor Bred Pitt,11 yaşından bəri ət yemədiyini söyləyən Ancelina Coli də vegeterianlığı üstün bilənlərdəndir.

Vegeterianlıq necə başladı?

Vegetarianlıq -əsasən ət,balıq və quş ətlərindən tamamilə imtina etmək,hətta süd məhsullarını və yumurtanı yemək menyusundan uzaq tutmaqdır.Bəzi fikirlərə görə vətəni Hindistandır.Hindistanda inəklər müqəddəs sayıldığından kəsilmir.

Vegeterianlıq sağlıqlıdırmı?

Araşdırmalar göstərir ki,vegeterianlar daha uzun zaman yaşayırlar.Amma mütəxəssislər onların sağlıqlarında problemlər olacağını da söyləyirlər.

Xərçəng xəstəliyi vegeteriyanlarda daha az rast gəlinir.Heyvanlara verilən hormonal dərmanlar,antibiotiklər,kimyəvi qidalar ətin tərkibinin dəyişməsinə səbəb olur ve bu da xərçəng xəstəliyinin yaranmasına yol açır.

Çox tez-tez rastlaşılan ürək-damar xəstəliyi də vegeterianlarda daha az rast gəlinir.

Amma onlarda da ətdə, süddə və yumurtada olan B12,protein,kalsium və sink kimi bir çox qida mineralları qəbul etməməsi problemlər yaradır.Bu hamilələrə və kiçik yaşlı uşaqlara daha çox təhlükə yaradır.Onlarda dəmir azlığı və B12 əksikliyindən anemiya baş qaldırır.Buna görə də vegeterianlar tez-tez qanlarının analizlərini verməli və bir çox vitaminlər qəbul etməlidirlər.

Ət yemək də,yeməmək də min bir bəla yaradır.Əgər əti yalnız  sağlamlığınız naminə yemirsizsə onda az miqdarda da olsa onu qəbul etməyin vacibliyini unutmayın.

11 fevral 2011
GO BACK