Artıq yay mövsümündəyik. Bu günlərdə bir çox xanımı artıq çəki narahat edir. Dietoloq Taylan Kümeli arıqlamaq istəyənlərə xüsusi 3 günlük bir yay pəhriz proqramını paylaşıb. Bu pəhriz ilə xüsusilə çəkisində az problem olanlar daha gözəl nəticə əldə edə bilərlər. Dukan pəhrizi kimi pəhrizlər uzun müddət davam edən pəhrizlərdir. Buna görə də qısa müddətdə arıqlamaq üçün 3-5 günlük pəhriz siyahıları idealdır. Gəlin, yeni pəhrizimizlə tanış olaq.
1-ci gün
Səhər: 1 stəkan isti suyun içinə 1 dilim alma, 1 dilim limon, 1 ədəd çubuq darçın və 1 yemək qaşığı alma sirkəsi əlavə edərək içilməlidir.
Nahar: 50 q az yağlı ağ pendir, pomidor, xiyar, cəfəri, 1 dilim tam taxıl çörəyi və şəkərsiz çay.
Ara pay: 1 ədəd yaşıl alma, yaşıl çay və 5-6 ədəd qoz-fındıq.
Nahar: toyuq suyundan şorba və az yağlı yaşıl salat.
Ara pay: 1 stəkan südün içinə 1 çay qaşığı darçın və zəncəfil əlavə edib içmək.
Şam: ton balıqlı salat.
Gecə: 2 ədəd kivi və 1 stəkanı kefir işmək olar.
2-ci gün
Səhər: 1 stəkan limonlu su, 1 kasa qatıq, 1 dilim təzə ananas, 1 çay qaşığı kətan toxumu və 3 yemək qaşığı yulaf əzməsi.
Ara pay: 1 ədəd yaşıl alma və 1 fincan yaşıl çay.
Nahar: ürəyiniz istəyən qədər tərəvəz şorbası.
Ara pay: kəpəkli çörək ilə hazırlanmış pendirli tost, razyana çayı və 8-10 ədəd ərik.
Şam: Az yağlı tərəvəz yeməyi və 1 ədəd yaşıl alma.
Ara pay: 1 kasa təbii qatıq və 1 ədəd alma
3-cü gün
Səhər: 1 stəkan isti suyun içinə 1 dilim alma, 1 dilim limon, 1 çubuq darçın və 1 yemək qaşığı alma sirkəsi əlavə edərək içilməlidir.
Ara pay: kəpəkli kraker və 1 ədəd yaşıl alma.
Nahar: ürəyiniz istədiyi qədər az yağlı tərəvəz yeməyi və ya qaynadılmış tərəvəz ilə 1 kasa qatıq.
Ara pay: kəpəkli çörək ilə hazırlanmış 1 ədəd tost.
Şam: 150 ​​q toyuq qızartması və az yağlı mövsüm salatı.
Ara pay: 1 ədəd yaşıl alma.