Az miqdarda artıq çəkisi olanlar üçün 5 gündə təxminən 2 kq arıqladan pəhriz proqramını paylaşırıq. Bu pəhriz proqramı gündəlik olaraq təxminən 1100 kalori ehtiva edir. Bu isə 5 gün ərzində 1,5-2 kq arıqlamağınızı təmin edər. Pəhriz əsnasında bol su içməlisiniz. Eyni zamanda edəcəyiniz yüngül məşqlərin də faydası olacaq. Digər bütün pəhrizlərdə olduğu kimi bu pəhrizi də ekspertlə məsləhətləşərək tətbiq etməyiniz məsləhətdir. Buyurun, pəhriz proqramı ilə tanış olun.
1-ci gün
Səhər: 50 q az yağlı ağ pendir, pomidor, xiyar, 1 dilim kəpəkli çörək, şəkərsiz çay.
Ara pay: 4 ədəd light biskvit.
Nahar: 100 q qızartma bifşteks, yağsız yaşıl salat, 1 stəkan ayran, 1 dilim kəpəkli çörək.
Ara pay: 1 ədəd alma, portağal və ya kivi.
Axşam: 1 boşqab tərəvəz yeməyi, yarım kasa az yağlı qatıq, yağsız mövsüm salatı, yarım boşqab az yağlı plov.
Şam: 1 boşqab ərik, çiyələk və ya 1 ədəd alma.
2-ci gün
Səhər: 50 q pendir, pomidor, xiyar, cəfəri, 1 dilim kəpəkli çörək, şəkərsiz çay və ya qəhvə.
Ara pay: 2 ədəd peçenye.
Nahar: 150 q toyuq (qızartma), yağsız yaşıl salat, 1 stəkan ayran, 1 dilim kəpəkli çörək.
Ara pay: 1 ədəd alma, portağal və ya kivi.
Axşam: 1 kasa tərəvəz şorbası, 1 boşqab tərəvəz yeməyi, yarım kasa az yağlı qatıq, yağsız mövsüm salatı, 1 dilim kəpəkli çörək.
Şam: 1 stəkan az yağlı süd.
3-cü gün
Səhər: 50 q az yağlı ağ pendir, 4-5 ədəd zeytun, pomidor, xiyar, 1 dilim kəpək çörəyi, şəkərsiz çay.
Ara pay: 1 kasa qatıq.
Nahar: 1 kasa tərəvəz şorbası, 1 boşqab tərəvəz yeməyi, yarım kasa az yağlı qatıq, yağsız mövsüm salatı, 1 dilim kəpəkli çörək.
Ara pay: 4 ədəd peçenye.
Axşam: 100 q qızartma bifşteks, 1 ədəd orta boy qaynadılmış kartof, 1 stəkan ayran, yağsız mövsüm salatı, 1 dilim kəpəkli çörək.
Şam: 1 ədəd alma, portağal və ya kivi.
4-cü gün
Səhər: 50 q dil pendiri, pomidor, xiyar, cəfəri, 1 dilim kəpəkli çörək, şəkərsiz çay və ya qəhvə.
Ara pay: 2 ədəd peçenye.
Nahar: 150 q toyuq (qızartma), yağsız yaşıl salat, 1 stəkan ayran, 1 dilim kəpəkli çörək.
Ara pay: 8-10 ədəd badam.
Axşam: 1 boşqab ispanaq, yarım kasa az yağlı qatıq, yağsız mövsüm salatı.
Şam: 1 kasa qatıq
5-ci gün
Səhər: 30 q pendir, pomidor, xiyar, 1 dilim kəpəkli çörək, şəkərsiz çay və ya qəhvə.
Ara pay: 1 ədəd alma, portağal və ya kivi.
Nahar: 1 boşqab tərəvəz yeməyi, yağsız mövsüm salatı, 2 dilim kəpəkli çörək.
Ara pay: 2 ədəd istənilən meyvə. Yüksək kalorili olmasın.
Şam: 100 q qızardılmış balıq, yağsız mövsüm salatı, 2 dilim kəpəkli çörək.
Gecə: 1 ədəd alma, portağal və ya kivi