Qadin.NET / Bir aya 7 kq arıqla

Bir aya 7 kq arıqla

Bir aya 7 kq arıqla
Bu xəbərimdə sizə bir ay ərzində, daha dəqiq desəm, 32 gün ərzində sizi 7 kq arıqladacaq bir pəhriz təqdim edəcəyəm. Pəhriz zamanı gün ərzində 4 dəfə yemək yeməlisiniz. Hər dəfəsində isə cəmi 400 kalori qəbul etməlisiniz. Bu isə gün ərzində 1600 kalori edir. Gün ərzində 4 saatdan çox ac qalmayın. 
İlk dörd gün ərzində heç bir yeməyə duz vurmayın. Eləcə də işlənmiş, yarımfabrikat qidalardan uzaq durun. Paxla, brokoli və soğan kimi qaz yaradan qidalardan qaçın. 
Bir aya 7 kq arıqla
Makaron, banan, smit və bənzəri karbohidratlardan da qaçının. Gün ərzində 2 litr su işmək lazımdır. İçdiyiniz bu suya isə zəncəfil kökü, xiyar, limon və nanə yarpaqları qatmaq lazımdır.
Məhdudiyyətlər: ilk 4 gün çox məhdudlaşdırıcıdır. 4 gündən sonra 4 saatda bir 400 kalori yeməli və hər yemək təkli doymamış yağları ehtiva etməlidir. 
Bir aya 7 kq arıqla
Ağdəniz pəhrizi qaydaları ilə 1 günlük nümunə proqramı: 
Gündəlik fundamental istehlaka meyvə, tərəvəz, tam taxıllar, zeytun yağı, lobya, qoz-fındıq, paxlalı, ədviyyatlar aiddir.
Həftədə 2 dəfə balıq və dəniz məhsulları, həftədə 1 dəfə (orta boşqab) yumurta, pendir, qatıq, ayda 1 dəfə isə qırmızı ət və çirniyyat yeyə bilərsiniz.
Bir aya 7 kq arıqla
Səhər: 2 dilim kəpəkli çörək, 1 boşqab meyvə, 5 ədəd zeytun və 1 stəkan yağsız süd. 
Ara pay: 1 ədəd təzə meyvə.
Nahar: zeytun yağlı tərəvəz yeməyi, kiçik bir kasa az yağlı qatıq, kəpəkli çörək, az miqdar plov və bol yaşıl salat.
Ara pay: 1 stəkan az yağlı süd və ya 1 ədəd meyvə.
Axşam: Balıq və ya toyuq, zeytun yağlı tərəvəz yeməyi, kəpəkli çörək və bol yaşıl salat. 
Yatmazdan əvvəl: 1 ədəd meyvə.
25 iyul 2014
GO BACK