Yay fəsli gələndə hər kəs arıqlamaq barədə düşünür. Hətta buna görə bir neçə günlük şok pəhriz saxlayanlar da olur. Qısa müddətdə xeyli çəki itirməklərinə baxmayaraq onların itirdikləri piy miqdarı sonradan artıqlaması ilə bərpa olunur ki, bu da öz növbəsində sağlamlığa da müəyyən mənfi təsirlər edir. Buna görə də arıqlamaq istəyənlər sağlam qidalanmağa çalışmalıdırlar. Sağlam qida vərdişi müəyyən zamandan sonra həm artıq çəkilərin yox olmağına səbəb olar, həm də bədəndə olan zərərli maddələr bədəndən xaric olaraq sağlamlığa doğru bir addım da atmış olarlar.
Bol lifli qidalar
Bol lifli qidalardan istifadə etmək məsləhətlidir. Bu tip qidalar insana həm toxluq hissi verir, həm də tərkibindəki antioksdant maddələr sağlamlığı qorumağa köməkçi olur. Sarı, narıncı, qırmızı tərəvəz və meyvələri qida rasionunuzdan əksik etməməliyik. Tərəvəzlərin bir porsiyası ortalama 25-40 kalori, meyvələrin 1 porsiyası ortalama 35-70 kalori arasındadır.
Gündə ortalama 5-6 porsiya tərəvəz və meyvə qəbul etməliyik.
Doğru bir pəhrizin ən vacib xüsusiyyəti də acdığınızı hiss edə bilmədən günü tamamlamış olmağınızdır. Pəhriz saxlayarkən aclıq hiss edilməməlidir. Çünki mütəmadi olaraq hiss edilən aclıq sonradan yemək təhlükəsi yaradar və nəticədə insan özünü saxlaya bilməyib aclıq hissinə qalib gəlmək üçün bol kalorili qidalar qəbul edə bilər. Buna görə də doyduğumuzu hiss etmək üçün tez-tez ara naharı etməli və əsasən də lifli qidalar olan tərəvəz və meyvələri qəbul etməliyik. Ara naharlarda atışdırmalıq olaraq qəbul etmək üçün kök, xiyar, bibər və turp kimi tərəvəzləri, alma, üzüm, əncir və subtropik meyvələri soyuducuda hazır saxlaya bilərsiniz.
Ara nahar alternativi
- 125 ml probiotik qatıq, içiinə isə 1 y.q quru üzüm əlavə etmək.
- 1 ədəd bütöv qoz və 1 y.q peru yergilası.
- 1 orta boy alma və ya 1 stəkan təzə alma şirəsi.
- Yarım banan və 125 ml yarım yağlı keçi südü.
- 1 incə dilim ananas və 1 ədəd bütöv qoz.
- 3 incə dilim qarpız və ya 4 incə dilim yemiş və 1 kibrit qutusu qədər az yağlı pendir.
- 5 ədəd çiyələk, yarım kivi, yarım banan və 1 incə dilim ananaslı meyvə salatı.
Mövsümə görə tərəvəz və meyvə seçimləri
Ənginar, kök, göy noxud, çiyələk, badımcan, pomidor, ərik, gilas, vişnə, qarpız, ərik, təzə sarımsaq, qarğıdalı, yemiş kimi tərəvəz və meyvələri yay aylarında bol miqdarda qəbul edərək vitamin və mineralla zəngin qida rasionu hazırlamış olarıq. Bol kalorili şiriniyyat, şokolad, hər növ ləpələr əvəzinə meyvə və tərəvəz alternativləri ilə günlük kalori normamız yüksəlməməyi ilə yanaşı gün ərzində ac qalmamış olarıq. Az və tez-tez qidalanaraq maddələr mübadiləsini sürətləndirə və artıq yağlarımızsan asan bir şəkildə qurtula bilərik.