Qadin.NET / İsveç pəhrizi

İsveç pəhrizi

İsveç pəhrizi

Normal pəhrizlər ilə arıqlaya bilməyənlərin sınadığı İsveç pəhrizi çox gözəl arıqladan pəhrizlərdən biridir. Bu pəhirz sayəsində qısa müddətdə və sağlam şəkildə arıqlayacaqsınız. 

İçində qəhvə olduğu üçün xüsusilə qəhvə həvəskarlarının ən çox sevdiyi bir pəhriz olacaqdır. Əgər siz də arıqlamaq istəyir və buna görə də pəhrizləri ələk-vələk edirsinizsə, o zaman digər pəhrizlərə ehtiyac yoxdur. İsveç pəhrizini seçin və faydasını görün. Çox çətin olmayan və sizləri yeməkdən uzaq saxlamadan arıqladan bu pəhrizlə arıqlayıb artıq piylərinizə əlvida deyəcəksiniz. 
Bütün İsveç xanımları bu pəhrizi tətbiq edir. Məhşurların bir ara istifadə etdiyi və arıqladığı deyilən bu İsveç pəhrizi ilə artıq çox asan bir şəkildə arıqlamağın yolunu tapmış olacaqsınız. 
İsveç pəhrizi
Qaydalar
1. Həddindən artıq çay, qəhvə və qazlı içki içmək olmaz.
2. Gündə 2 litr su içilməlidir. 
3. Pəhriz 13 gündən çox saxlanmamalıdır.
4. Pəhrizi ancaq 6-cı gündən sonra dayandıra bilərsiniz.
5. Pəhrizi ancaq 3 aydan sonra təkrarlaya bilərsiniz.
6. Gün ərzində axşam yeməyi ilə günorta yeməyinin yerini dəyişdirə bilərsiniz.
İsveç pəhrizi
Tövsiyələr
1. Brokoli tapmasanız, onu gül kələmi ilə əvəz edə bilərsiniz.
2. Xolesterolu yüksək olanlar yumurtanın ağını yeyə bilər. 
3. Ölçü və miqdar göstərilməyən yeməkləri şişirtməmək şərtiylə istədiyiniz qədər yeyə bilərsiniz. 
4. Pəhriz çətin olsa, 6-cı gün dayanıb 3 ay sonra 6 gün daha tətbiq edə bilərsiniz.
1-ci gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə).
Nahar: 2 qaynadılmış yumurta, 1 boşqab qaynadılmış ispanaq, 1 pomidor.
Axşam: ciyər qızartması (200 qram), zeytun yağlı və limonlu yaşıl salat. 
2-ci gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə).
Nahar: 1 dilim kolbasa, 100 qram qatıq. 
Axşam: ciyər qızartması (200 qram), yaşıl salat, 1 meyvə.
İsveç pəhrizi
3-cü gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə), 1 dilim qızarmış çörək. 
Nahar: Qaynadılmış ispanaq, 1 pomidor, 1 meyvə. 
Axşam: 2 qaynadılmış yumurta, 1 dilim kolbasa, yaşıl salat. 
4-cü gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə), 1 dilim qızarmış çörək. 
Nahar: 1 qaynadılmış yumurta, 1 rəndələnmiş kök, 25 qram yağsız ağ pendir. 
Axşam: 2 dilim portağalın suyu, 100 qram qatıq. 
5-ci gün 
Səhər: 1 böyük rəndələnmiş kök (limonlu). 
Nahar: Qaynadılmış yağsız balıq (200 qram, limonlu və kərə yağlı). 
Axşam: ciyər qızartması (200 qram), salat və brokoli. 
6-cı gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq  şəkər ilə). 
Nahar: 2 qaynadılmış yumurta, 1 böyük rəndələnmiş kök. 
Axşam: Dərisi soyulmuş toyuq (200 qram), salat.
İsveç pəhrizi
7-ci gün 
Səhər: Şəkərsiz çay. 
Nahar: Qızardılmış ət (200 qram), təzə meyvə. 
Axşam: Heç bir şey. 
8-ci gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə).
Nahar: 2 qaynadılmış yumurta, 1 boşqab qaynadılmış ispanaq, 1 pomidor. 
Axşam: ciyər (200 qram), zeytun yağlı və limonlu yaşıl salat. 
9-cu gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə).
Nahar: 1 dilim kolbasa, 100 qram qatıq. 
Axşam: ciyər (200 qram), yaşıl salat, 1 meyvə. 
10-cu gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə), 1 dilim qızarmış çörək. 
Nahar: Qaynadılmış ispanaq, 1 pomidor, 1 meyvə. 
Axşam: 2 qaynadılmış yumurta, 1 dilim kolbasa, yaşıl salat.
İsveç pəhrizi
11-ci gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə), 1 dilim qızarmış çörək. 
Nahar: 1 qaynadılmış yumurta, 1 rəndələnmiş kök, 25 qram yağsız ağ pendir. 
Axşam: 2 dilim portağalın suyu, 100 qram qatıq. 
12-ci gün 
Səhər: 1 böyük rəndələnmiş kök (limonlu). 
Nahar: Qaynadılmış yağsız balıq (200 qram, limonlu və kərə yağlı). 
Axşam: ciyər (200 qram), salat və brokoli. 
13-cü gün 
Səhər: 1 fincan qəhvə (1 qaşıq şəkər ilə)
Nahar: 2 qaynadılmış yumurta, 1 böyük rəndələnmiş kök. 
Axşam: Dərisi soyulmuş toyuq (200 qram), salat.
17 iyul 2014
GO BACK