Artıq çəki bu günlərdə çox rastlaşdığımız bir problemdir. Köklük isə bir sıra xəstəliklərə yol açır. İnsanlar artıq çəkiləri ilə mübarizə apara bilmək üçün sağlam və ya əksi bir çox alternativ pəhriz proqramını sınaqdan keçirir, şüursuz bir şəkildə bədən strukturlarına uyğun olmayan pəhrizlər tətbiq edirlər. Sağlam arıqlamaq üçün tətbiq olunacaq pəhriz proqramları adamın yaşı və sağlamlığı nəzərə alınaraq hazırlanmalı və bu cür pəhrizlər seçilməlidir. Əks halda arıqlmaqla birlikdə daha ciddi sağlamlıq problemləri yaşaya bilərik. Şüursuz bir şəkildə hazırlanan pəhriz proqramları ilə sürətli bir şəkildə arıqlamaq olur. Ancaq bu pəhrizi dayandırdıqdan sonra atılan çəkinin ikiqatı geri alınaraq bədəndə qalıcı piylərin meydana gəlməsinə yol açar.
Arıqlamaq üçün çox vaxtınız yoxdursa və təcili olaraq artıq çəkilərinizdən xilas olmalısınızsa, sağlamlığınıza ziyan vurmadan Şeyda Coşkunun 6 günlük pəhriz proqramı ilə istədiyiniz çəkiyə düşə bilərsiniz.
Şeyda Coşkun pəhriz proqramında nə dərman istifadə edir, nə də başqa bir üsuldan faydalanır. Pəhrizin məqsədi doğru qidalanmaq və şüurlu şəkildə edilən idmandan ibarətdir.
Şeyda Coşkunun 6 günlük pəhriz siyahısı ilə tanış olaq.
1-ci gün
Səhər, nahar və axşam yeməyi: 1 ədəd orta boy alma, yarım çay qaşığı toz darçın, 3 yemək qaşığı qarabaşaq. Qarabaşaq diri qalacaq şəkildə qaynadılır. Almanın qabıqları soyulmadan rəndədən keçirilir və üzərinə darçın əlavə edilərək qarışdırılır. Alma qarışığı qaynadılan qarabaşağın üzərinə əlavə olunur. Əldə edilən qarışıq gün ərzində bütün yemək saatlarında yeyilməlidir.
2-ci gün
Səhər: 1 ədəd yumurtanın ağı və göbələk istifadə olunaraq hazırlanmış omlet.
Nahar: Qızardılmış balıq.
Axşam: Qızadılmış hindquşu filesi.
3-cü gün
Səhər: Bu ​​gün naharda qələvi detoksu istifadə ediləcək. Detoks xiyar, yaşıl alma, limon, cəfəri və zəncəfil qarışığı ilə hazırlanmalıdır.
Günorta: 1 ədəd balqabaq, quru soğan, çuğundur, 1 stəkan mərcimək, şüyüd və ənginar ilə hazırlanmış şorba yeyilməlidir.
Axşam: Günorta vaxtı üçün hazırlanan şorba axşam yeməyində də yeyilməlidir.
4-cü gün
Səhər: Lor pendirli pomidor şorbası yeyilməlidir.
Nahar: Adana dürüm.
Axşam: Zeytun yağlı bamya yeməyi və yaşıl salat.
5-ci gün
Səhər: Meyvə salatı.
Günorta: Balqabaq salatı.
Axşam: Qazda bişmiş köz badımcan.
6-cı gün
Səhər: Çığırtma.
Nahar: Mərciməkli çuğundur yarpağı dolması.
Axşam: Yaşıl salat və bamya yeməyi.
Şeyda Coşkun pəhriz proqramını tətbiq edərkən pəhrizə dəstək məqsədi ilə diqqət edilməsi lazım olan bəzi detalların olduğunu vurğuladı. Pəhriz proqramı ilə birlikdə gün ərzində ən az 1 saat gəzintiyə çıxmalısınız. Saat 16:00-a qədər çay içiməli və axşamlar, xüsusilə çobanyastığı, şüyüd və melisa çayı içməyə diqqət göstərilməlidir. Pəhrizə bu formada sadiq qalınsa, həm sağlam bir şəkildə arıqlanacaq, həm də ideal bədən ölçüləri arzu olaraq qalmayıb reallaşacaqdır.