Qadin.NET / İltihab əleyhinə pəhriz nədir?

İltihab əleyhinə pəhriz nədir?

İltihab əleyhinə pəhriz nədir?
İltihab əleyhinə pəhriz iltihabı önləmək üçün istifadə edilən və antioksidant tərkibli qidalarla zəngin bir bəslənmə şəklidir.
Bədənin stress zamanı verdiyi reaksiya iltihablanma kimi təyin olunur. İltihab vəziyyətinin uzun müddət davam etməsi hüceyrə degenerasiyasına səbəb olaraq ürək xəstəliyi, diabet və alzheimer kimi xəstəliklərə yol aça bilir. 
İltihab əleyhinə bəslənmə şəklində əsl məqsəd arıqlamaqla yanaşı, əhəmiyyətli olan həm də qidaların tərkibidir. Xüsusilə tərəvəz, meyvə, yağlı toxumlar və quru paxlalılar kimi qidalarda olan antioksidant maddələr stress zamanı, eləcə də zədələnmə zamanı sərbəst radikalların meydana gəlməsinə maneə törədir. Antioksidant maddələrlə zəngin olan bu qidalarla fərdi xüsusiyyətlərə görə aparılacaq sağlam qidalanma proqramları ilə arıqlamanı da təmin etmək olar.
- Üzümdə olan resveratrol, 
- Dəniz məhsullarında olan koenzim Q-10 və omeqa-3, 
- Qırmızı meyvələrdə olan beta karoten və likopen, 
- Sitrus bitkiləri və yaşıl yarpaqlı tərəvəzlərdə olan C vitamini, 
- Günəbaxan ilə qarğıdalı yağında, qoz, badam və yerfıstığı kimi yağlı toxumlarda və yaşıl yarpaqlı tərəvəzlərdə olan E vitamini yüksək antioksidant tərkibinə malikdir.
İltihab əleyhinə pəhriz nədir?
Ancaq bu qidaları bişirmək və saxlamaq üsullarına diqqət etmək lazımdır. Məsələn, yağda qızartma üsulunda və taxılın üyüdülməsi əsnasında E və C vitaminləri böyük ölçüdə itkiyə uğrayır.
Ana yeməklərinizi sobada bişirilmiş balıq, hindi əti,  ətsiz bişirilmiş noxud, lobya kimi quru paxlalılar, ispanaq, kahı və pomidor kimi tərəvəzlərlə hazırlanmış salat, tam taxıllı çörək təşkil etməlidir.
Ara paylarda isə badam, qoz, kişmiş, çiyələk, yulaf və az yağlı süd kimi qidalar seçərək antioksidant tərkibi zəngin olan qidalardan istifadəni artıra bilərsiniz.
Xəstəlikdən xilas olmağın xəstəlikdən qorunmaqdan daha çətin olduğunu və sağlam qida qəbul etməyin xəstəliklərdən qorunma prosesində çox əhəmiyyətli bir yeri olduğunu da əsla unutmayın.
Nazlı Koşar,
dietoloq
12 may 2016
GO BACK