Qadin.NET / Sağlam arıqlamaq üçün pəhriz

Sağlam arıqlamaq üçün pəhriz

Sağlam arıqlamaq üçün pəhriz

Hcg hormon müalicəsi proqramı arıqlamaq üsuludur. Bu müalicə üsulu barədə çoxlu yanlış düşüncə və fərziyyələr mövcuddur. Ona görə də onu sizə daha uyğun bir şəkildə təqdim etmək istəyirəm. 
Hcg - qlikoprotein quruluşlu hormon olub, trofoblastik hüceyrələrdən alınır. Bir-birindən fərqli olan alfa və betta adlı iki ayrı zəncirdən ibarətdir.
Bu pəhriz üsulu arıqlamağı sürətləndirən və tətbiqi asan olan bir üsuldur. Köklük sadəcə artıq piy demək deyil. Ona görə də pəhriz saxlayarkən özbaşına qərar vermək olmaz. Ola bilsin ki, hansısa hormonun miqdarından artıq olması bədəninizdə şişkinlik əmələ gətirsin və bunun üçün də sadəcə olaraq qısa müddətli müalicəyə ehtiyacınız olsun. Ona görə də pəhriz saxlamazdan əvvəl mütləq mütəxəssisə müraciət etmək lazımdır. Köklüyün səbəbləri öyrənildikdən sonra onu həll etmək daha asan olur.
Təsir mexanizmi: 
Hcg yağlı toxumada maddələr mübadiləsini artırır. Bədəndəki piy ehtiyatlarını parçalayır. Perifer toxumada yağ tələbatını artırır. 
Hcg müalicəsi (qaydalara əməl olunduğu təqdirdə) ilə 23 gündə artıq çəkinizin 10%-ni ata bilərsiz. 
Sağlam arıqlamaq üçün pəhriz
Pəhrizə tam riayət etmək çox vacibdir. Pəhrizdəki çox kiçik dəyişikliklər belə istənməyən hallara yol aça bilər. Pəhriz doğru tətbiq edildiyi müddətdə arıqlama prosesi də həm sağlam, həm də sürətli bir şəkildə baş verər.  
Hcg proqramı xəstənin 23 gün ərzində hər gün həkim ziyarətini tələb edir. Bu ziyarətlərdə xəstəyə dərman verilir.
Qəbuledicilər:
Betta l.2.3. qəbuledicilər lipolizin sürətini artırar. 
Alfa 2 qəbuledicilər lipolizin sürətini azaldır. 
İnsandakı yağ toxuması maddələr mübadiləsinin olduqca aktiv olduğu bir orqandır. Olduğu yerə görə fərqli cavab verməkdədir. Viskeral bölgəsindəki yağ toxuması qarın bölgəsindəki dərialtı yağ toxumasına nisbətən daha tez uyğunlaşır. Omba və qarın bölgəsindəki yağların uyğunlaşdırılması və əridilməsi daha çətindir.
Arıqlama müddətində qadınlarda omba bölgəsində alfa fəaliyyəti (antilipolitik təsiri) artarkən betta fəaliyyəti (lipolitik təsir) azalar. 
Nəticə olaraq, müvəffəqiyyət nisbəti olduqca yüksək bir üsuldur.
Sual 1: Hormon iynələri ilə arıqlamaq kifayət qədər etibarlıdırmı?
Cavab 1: Hormonlar bədəndəki əməliyyatların davamlılığı üçün lazımlıdır. Bədəndəki bütün əməliyyatların idarəsi üçün masaj sisteminə ehtiyac vardır. Bu masaj sistemi sürətli və yavaş olmaq üzrə iki cürdür: 
1. Tez olan elektrik ötürülməsi ilə işləyir. Əsəb sisteminə nəzarət edir və işləməsi işığın yanıb-sönməsi kimidir (tennis oynama və avtomobildən istifadə bu qrupa aiddir). 
2. Yavaş olan isə hormonlarla işləyər. Hormonların hamısı bir masajdır. Ətrafdakı dəyişikliklər hormonların işini təmin edər. 
Generasiya tamamlandıqda hormon istehsalı dayanır. Bir hormonun yarı ömrü bir neçə gün və ya daha azdır. Generasiya davam edəcəksə, hormon istehsalı təkrarən davam edər. 
Ən başda ağlınıza gələn "hormonlar təhlükəlidir" cümləsi mənasızdır. Bununla yanaşı, spesifik hormonun tətbiq olunması qərarı əməliyyat mesajının çatdırılması mənasını verir. Bu qərar şəxsin seçimi, zaman, doza və tətbiq müddəti ilə əlaqədardır. Nəticə olaraq qərarı verən şəxs bu mövzuda məlumatlı və təcrübəli olmalıdır. 
Sağlam arıqlamaq üçün pəhriz
Sual 2: Şübhəsiz ki, az kalorili pəhrizlə hər kəs arıqlaya bilər. Bəs Hcg pəhrizinin hansı faydası var? 
Cavab 2: Arıqlama iki formada olur. Birincisi, adamın kökəlməyinə maneə törədir. Bu, pəhrizin vəzifəsidir. Pəhriz zamanı əvvəlcə çəkinin artmağına maneə törətmək lazımdır. İkincisi isə arıqlamağa təşviq etməkdir. İdman edərək kaloriləri sərf etmək və maddələr mübadiləsini artırmaq lazımdır. Yağ hüceyrələrinin dağıdılması çox çətindir. Bu vəziyyətdə Hcg-nin vəzifəsi başlayır. Yağlı və yağsız toxumada yağ anbarlarının boşalmasını təmin edir.
Sual 3: Hamilələrin arıqlaması üçün bu pəhrizdən istifadə etmək olarmı?
Cavab 3: Belə bir təklif hələ ki, olmayıb.
Sual 4: Hcg-nin istifadəsi ilə nə qədər kalori yandırmaq olar? İynələrin sayı artırılsa, arıqlama müddətini qısaltmaq və sürətləndirmək olarmı?
Cavab 4: Saxlanılan yağ miqdarına görə, istifadə olunan yağ miqdarı dəyişir. Dozanı artırmağın isə müalicədə heç bir faydası yoxdur.
Sual 5: Bu üsulla nə qədər arıqlaya bilərəm?
Cavab 5: 23 gündə 10% arıqlaya bilərsiniz. 6 həftədən sonra təkrar yeni bir müalicə edilə bilər, ancaq ilkinə görə çəki itkisi daha az ola bilər. 
Sual 6: 2 həftə istifadə etməklə gözlədiyim qədər arıqlaya bilərəmmi? 
Cavab 6: 3 şeyi unutmamalısınız:
1. Orta hesabla hər gün kifayət qədər su içmək lazımdır (Çay içərkən şəkər, yağ və süddən istifadə edilməməlidir).
2. Pəhrizə dəqiqliklə riayət edilməlidir (Kiçik bir dəyişiklik belə edilməməlidir).
3. Krem, bədən losyonu istifadə edilməməlidir.
Sual 7: Çəkisi lap çox olanlarda doza artırılmalıdırmı?
Cavab 7: Xeyr. 
Sual 8: İynələr hər gün, yoxsa günaşırı vurulmalıdır?
Cavab 8: Orta hesabla hər gün və ya günaşırı tətbiq oluna bilər. 
9 iyul 2014
GO BACK