Sizə məhşurların pəhriz siyahılarının 2-ci hissəsini təqdim edirəm.
Seda Sayan
Seda Sayan yaşına baxmayaraq, daim formada olur. Bunun sirri isə daim sağlam qidalanması və hərəkətdə olmasındadır. Bundan əlavə, o vurğulayır ki, yuxu orqanizm üçün çox vacib bir amildir. Bunlarla yanaşı, Seda Sayan müəyyən pəhriz sisteminə də əməl edir.
Səhər:
6-7 ədəd quru qaysı
2 stəkan su
Yarım saat sonra:
1 stəkan bitki çayı
2 ədəd pomidor
Bir az ağ pendir
Nahar:
Bol zeytun yağlı salat və ya pomidorlu-pendirli tost
Axşam:
Balıqlı və ya ətli salat, əgər ürəyim çox istəyərsə, sadəcə plov və ya makaron, ancaq yanında heç bir şey yemirəm. Gecə yatmazdan əvvəl də meyvə yeyirəm.
Gün ərzində bol su için. Bəzən isə 2 gün boyunca sadəcə su içərək 3 kq arıqlaya bilirəm.
Sibel Can
Sibel Canın təqdim etdiyi bu pəhriz onun konsert və kliplərə çəkiliş zamanı tez bir zamanda arıqladan pəhrizidir.
Səhərlər durarkən ilk olaraq bir stəkan otaq temperaturunda olan su içir və bir porsiya mövsüm salatı yeyir. O, günlük pəhrizini belə sıralayır:
Səhər 07.00-09.00
1 kirbit qutusu böyüklüyündə pəhriz pendiri
1 dilim kəpəkli çörək
Pomidor, xiyar, yaşıl sivri bibər, keşniş
4 ədəd qara zeytun
1 ç.q mürəbbə
Şəkərsiz açıq limonlu çay
Ara nahar 10.00-11.00
1 porsiya mövsüm meyvəsi
Nahar 12.00-14.00
1 kasa yağsız tərəvəz şorbası
3 ədəd küftə böyüklüyündə yağsız ətdən hazırlanmış kotlet (toyuq, ya da balıq)
1 stəkan (200 q) qatıq
1 incə dilim kəpəkli çörək
1 ç.q zeytun yağı ilə hazırlanmış mövsüm salatı
Günortadan sonra 16.00-17.00
1 kibrit böyüklüyündə pəhriz pendiri
2 ədəd grisini
Pomidor, xiyar, sivri bibər, kahı, keşniş
Şəkərsiz bitki çayı
Axşam 18.00-20.00
1 porsiya yağsız mərci şorbası
1 ç.q zeytun yağı ilə hazırlanmış tərəvəz yeməyi
Yağsız mövsüm salatı
1 incə dilim kəpəkli çörək
1 stəkan yağsız qatıq