Qadin.NET / Məşhurların pəhriz siyahıları (1)

Məşhurların pəhriz siyahıları (1)

Onlar hər zaman formada qalmaq məcburiyyətində olan qadınlardır. Bəziləri artıq çəkili olsa da, aldıqları artıq ,çəkini tez bir zamanda itirə bilirlər. Bəs tanınmış qadınlar bunu necə bacarırlar? Onlar hər zaman formada, hər zaman gümrah görünürlər.

Yaxşı ,bunun üçün nə edirlər, nə yeyirlər?

Tülin Şahin

Tülin Şahin sağlam qidalanmaq üçün ''Gündə 6 dəfə yemək yeyilməli, nahar, xüsusən də səhər yeməyi yeyilməlidir. Saat 19.00-dan sonra heç bir şey yeyiməməli, gündə 8 stəkan su içməli, pəhrizdəki saata diqqət edilməlidir''- deyir.  Tülin Şahinin pəhrizi budur. 
Səhər (09.00-09.30)
3 dilim kəpəkli, çovdarlı yüngül çörək
Çeşidli pendirlər
Bal
Zeytun
Hər iki gündən bir yumurta mütləq yeyilməlidir.
İçki olaraq şəkərsiz çay və təzə sıxılmış portağal suyu məsləhət görülür. Ardınca 1 kasa mövsüm meyvəsi salatının üzərinə 2 qaşıq badam əlavə olunaraq hər səhər qəbul edilməlidir. Bu, gözəl bir cildə sahib olmanıza, toksinləri atmanıza köməkçi olacaqdır. 
Nahar (12.30-13.30)
Tərəvəzli və pomidor souslu makaron, yanında su
Şirniyyat kimi isə 3 top dondurma

Məşhurların pəhriz siyahıları (1)
Arada (15.30-16.30)

1 paket kəpəkli kraker və 1 alma 
Axşam (18.00-19.00)
Ton balıqlı salatın üzərinə zeytun yağlı və limon sousu
Bir dilim kəpəkli çörək
1 qədəh şərab və ya su 
Əgər acsanız (saat 18.00-19.00-dan etibarən)
1 boşqab meyvə salatının üzərinə 2 qaşıq sadə qatıq, duzsuz badam və hər gecə yatmazdan əvvəl 1 fincan süd. 
Şenay Akay

Məşhurların pəhriz siyahıları (1) 

Bu maneken pəhrizin həyatının böyük bir hissəsi olduğunu vurğulayıb. Çünki sənəti bunu ondan tələb edir. O, pəhriz siyahısını belə təqdim edib.
Səhər
Mütləq günə su ilə başlayıram. Ardından yaxşı bir səhər yeməyi yeyərəm. Səhər yeməyi bütün naharların kralıdır. İnsan öz vücudunu tanımalı və ona görə bir pəhriz saxlamalıdır. Yaxşı bir səhər yeməyindən sonra  günə başlayıram. 
Nahar
Salat
 Pəhriz qatığı və ya sadəcə makaron 
Arada
Kəpəkli tost ola bilər.

Məşhurların pəhriz siyahıları (1)
Axşam

Qızardılmış toyuq və ya balıq
 Salat (Təbii ki, yağsız və duzsuz olması şərti ilə) 
Yatmazdan əvvəl
Meyvə salatı və ya qatıq
Şəkərim tez-tez düşdüyü üçün pəhriz şokoladı 
 Xəmir yeməyi, duzlu-yağlı qidalar, çay və qəhvədən uzaq yaşayıram. Gündə 1 saat yürüş və ya alətli gimnastika edirəm. Qoz və fındığı xeyirləri üçün qəbul edirəm. Ara-sıra özümü xoşbəxt etmək üçün pəhrizimi pozaraq mantı yeyirəm.
30 may 2014
GO BACK