Bir kasa şorba mədənizi dolduraraq çox yeməyinizə mane olar. Aparılan araşdırmalara görə, şorba toxluq hissini artırır. Əsas yeməkdən əvvəl şorba içilsə, mədə dolacaq və beləcə, digər yeməklərdən daha az yeməyinizə səbəb olacaq. Xüsusilə içində zülal nisbəti daha yüksək olan kiçik ət parçalı şorbalar toxluq hissinin daha uzun müddət qorunmasına səbəb olur. İsti şorba eyni zamanda beyində xoşbəxtlik hormonunu ifraz edir. İştah mexanizmimiz kompleks quruluşa malikdir, beynin hipoteza bölgəsi iştahımıza nəzarət edir. İştah mexanizminin həll edilə bilməyən tərəfi həzm sisteminin qidanı kifayət qədər götürüb-götürmədiyini beyinə xəbər verən hissəsidir. Leptinin kəşfiylə mexanizmin bu qaranlıq hissəsinə də işıq düşmüş oldu. Leptin piy hüceyrələri tərəfindən yaradılan, iştahı tənzimləyən hormondur. Leptindən sonra qrelin kəşf edildi. Bu, iştahı artıran hormondur.
Dietoloq Canan Aksoy şorbalarla pəhrizin necə olduğunu belə izah edir:
Mədə dolduğu və mədə divarı sıxıldığı zaman bədənimiz qrelin yaratmağa başlayır. Mədə boşaldıqda mədə divarından qrelin ifraz olunur, aclıq siqnalı gəlir və beləcə, aclıq dövrü başlayır. Şorba içdiyiniz zaman mədəniz dolur, mədə divarı uzanır və beləcə, bədənimiz daha az qrelin istehsal edir. Beləliklə, aclıq hissi asanlıqla aradan qalxır. Su eyni işi edə bilməzmi? Təbii ki, edə bilər, amma su bizim orqanizmimizdən tez ifraz olunur. Şorbanın içində su ilə yanaşı qida məsulları da var. Ona görə də bizi uzun müddət tox saxlayır. Tərəvəz və ya mərci tərkibli şorbalar bu vəziyyətə uyğun gələn ən yaxşı nümunələrdir. Soyuq havalarda isti qidalar yeməklə həm fiziki olaraq qızınırıq, həm də isti qidalar daha çox doymağımızı təmin edir. Mədədən beyС€nə gedən yolun ən az 20 dəqiqə davam etdiyini bilirik. Şorba içmək yemək yemə müddətini artırır. Bu zaman beynimizə toxluq siqnalının getməsini təmin edir.
Pəhriz şorbaları
Pəhriz zamanı bütün bu müsbət xüsusiyyətlər belə sizi razı etmədisə, bir neçə praktik şorba tərifləri bəlkə sizi razı salar.
Qatıq şorbası
Tərkibi: 4 qaşıq yağsız qatıq, 1 ədəd yumurta, 2 qaşıq un, duz.
Hazırlanması: 4 qaşıq qatığın içinə bir ədəd yumurtanı və 2 çay qaşığı unu əlavə etdikdən sonra qaşıqla yüngülcə qarışdırın. Üzərinə 4 -5 su stəkanı soyuq su əlavə etdikdən sonra qaynadın. Üzərinə təzə və ya quru nanə əlavə edərək süfrəyə verə bilərsiniz.
1 kasa qatıq şorbası yalnız 70 kaloridir.
Mərci şorbası
Tərkibi: 1 stəkan qırmızı mərci, 1 ədəd orta boy kartof, 1 ədəd orta boy soğan, 1 ədəd orta boy kök, duz, istiot.
Hazırlanması: Kartofu, soğanı və yerkökünü rəndələyib mərcilərin içinə qoyun. Kartof yerinə bir kiçik boy kərəviz də istifadə edə bilərsiniz. Duz və qara bibər əlavəsindən əvvəl 2 stəkan suyu qoyub içindəkilərin bişməsini gözləyin. Sonra onu blenderdən keçirin. 6 stəkan suyu əlavə edib qaynadın.
1 kasa mərci şorbasında 100 kalori var.