Qadin.NET / Meyvə-tərəvəzlə arıqlayın

Meyvə-tərəvəzlə arıqlayın

Arıqlamaq üçün şüurlu qidalanma çox əhəmiyyətlidir. Gündəlik enerjinizi təmin etmək, sağlam qidalanmaq və əlavə olaraq arıqlamaq istəyirsinizsə, yemək seçimində diqqətli olmalısınız.

Meyvə-tərəvəzlə arıqlayın
Çiyələk  
Kim təzə, gözəl və mükəmməl ətri olan bir kasa çiyələyə xeyr deyə bilər ki? Çiyələk az kalorili, tərkibində xərçənglə mübarizə aparan polifenol maddəsi olan, omeqa-3 cəhətdən zəngin, tox tutan müdhiş yay meyvəsidir. Yay aylarında şirniyyata olan tələbatınızı ödəmək üçün ara yeməklərdə çiyələk yemək də çox faydalı olar.  Yarım kasa çiyələk gündəlik C vitamini ehtiyacınızın 70 faizini qarşılayar. O, lif və antioksidan anbarıdır və arıqlamağınıza da kömək edər. 
Meyvə-tərəvəzlə arıqlayın 
Yunan qabağı
Yarım qabaqda yalnız 80 kalori var. Maqnezium, kalium və mis kimi əhəmiyyətli mineral və vitaminlər cəhətdən zəngindir.  Parlaq rəngi, ləziz dadı mükəmməl bir qida olduğundan xəbər verir.
Meyvə-tərəvəzlə arıqlayın
 Qırmızı bibər 
Dietoloqlar şirin qırmızı bibərin beta karoten cəhətdən zəngin olduğunu bildirirlər. Yaşıl bibərin tərkibində C vitamini olduğu, tox tutduğu üçün arıqlamaq istəyənlərin yay aylarında imtina edə bilməyəcəyi qidadır.
Meyvə-tərəvəzlə arıqlayın 
Manqo 
Arıqladan 10 yay qidasından biri olan manqo zülal, omeqa-3 və antioksidant anbarıdır. Aşağı kalorisiylə sağlam qəlyanaltıların başında gəlir. Salatlarınızda yeyə, tavada qızarda və hətta qatıqla birlikdə yeyə bilərsiniz.
Meyvə-tərəvəzlə arıqlayın 
Cəfəri 
Bu göyərti arıqlamağın bir nömrəli dərmanı kimi tanınır. Arıqlamağa və bədəndəki şişkinliyin azalmasına kömək edir. Bir az cəfərini suda qaynadın və bu suyu hər gün nizamlı olaraq qəbul edin. O, maddələr mübadiləsini yaxşılaşdırar, sürətləndirər, bağırsaqları işlədər və arıqlamağınıza köməkçi olar.
Meyvə-tərəvəzlə arıqlayın
Çuğundur 
Mütəxəssislər B vitamini anbarı olan çuğunduru xüsusilə qadınlara tövsiyə edirlər.  Çuğundur ürək xəstəliklərini, doğum qüsurlarını və bəzi xərçəng növlərini önləyir. Aşağı kalorisiylə salatların əvəzedilməzi olmalıdır.
Meyvə-tərəvəzlə arıqlayın 
Böyürtkən 
Arıqlamaq üçün möhtəşəm bir meyvə olan bir kasa böyürtkəndə yalnız 62 kalori var. İştahı azaldır, şəkər nisbətini aşağı salır. Manqan qaynağıdır. Yağ yandırıcı xüsusiyyəti var. 
Böyürtkənin tərkibində xərçəngin qarşısını alan tərəvəz kimi tanınan brokkoliyə nisbətən 220 dəfə çox xərçəng əleyhinə antioksidan vardır.
Meyvə-tərəvəzlə arıqlayın
Əncir 
Ləzzətli meyvə olan əncirin tərkibində kalium, folat və bol lif vardır, kalorisi aşağıdır. 100 qram əncir yalnız 41 kaloridir.
Meyvə-tərəvəzlə arıqlayın
Albalı 
Şirin, sulu bir kasa albalı yalnız 87 kaloridir. Şirniyyat istədikdə paxlava, tort, peçenye kimi ağır şirniyyatların əvəzinə gündə 3 dəfə, ara yeməklərdə bu qidaya üstünlük versəniz, yayın sonunda 5 kq arıqladığınızı görəcəksiniz. 
Meyvə-tərəvəzlə arıqlayın
Ərik 
İstər qurusu, istərsə də təzə əriyin kalorisi çox aşağıdır. Tərkibi liflər və C vitamini ilə zəngindir. Ərik iştahı kəsir və sürətlə arıqlamaq üçün ən gözəl vasitədir. Ərikdən kompot edə və ya normal meyvə kimi yeyə bilərsiniz. 
1 may 2014
GO BACK