Qadin.NET / Qarabaşaq pəhrizi

Qarabaşaq pəhrizi

Qarabaşaq pəhrizi

Qarabaşaq pəhrizinin 2 üsulu daha çox istifadə edilir.
Bu pəhriz zamanı 2 həftədə 3-5 kg arıqlamaq mümkündür.

1-ci üsul

 Pəhriz müddəti 2 həftə

Axşamdan 1 stəkan qarabaşağa 2 stəkan qaynadılmış su əlavə edilərək dəm alması üçün bir kənara qoyulur.
Bu bir stəkan qarabaşaq Sizə bir gün boyunca nəzərdə tutulur.Günün istənilən saatında qarabaşağı yeyə bilərsiniz.
İçmək üçün su və kefirdən istifadə etməlisiniz.
Bütün 2 həftə boyunca şəkər, duz və yağdan imtina etməlisiniz.
Hətta qəhvə də içmək olmaz. Yalnız az miqdarda çayı şəkərsiz içmək olar.
Bütün bunlar sizə çətin gələrsə, menyuya bir ədəd alma da daxil edə bilərsiniz.

Qarabaşaq pəhrizi

2-ci üsul

Pəhriz müddəti 1 həftə

1,5 stəkan qarabaşağı 3 stəkan suda qaynadın. Səhərlər acqarına 1 stəkan qaynanmış su içdikdən 30 dəqiqə sonra hazırladığınız qarabaşaq sıyığını yeyin. Yanında kefir, ya da şəkərsiz çay da içə bilərsiniz.
Günorta və axşam yeməyində yenə də qarabaşaq sıyığının qalmış hissəsini yeyin. 
Gün boyu bol su və təzə tərəvəz sokları içə biərsiniz. 

Qarabaşaq pəhrizi
Tərəvəz olaraq şalğam, turp, cəfəri istifadə etmək olar. Bu tərəvəzlər qarabaşaqla birlikdə bədəndən artıq toksinlərin çıxarılmasına kömək edəcəkdir. Pəhrizə riayət zamanı maye qəbuluna xüsusi diqqət yetirmək lazımdır. Qazsız mineral sular, sadə su, qara, yaşıl, ağ çay, karkade çayı içmək olar. Bu mayelər şəkərsiz qəbul edilməlidir. Əgər siz qəhvə həvəskarısızsa, heç cürə imtina edə bilmirsizsə, gün boyu cəmi bir fincan şəkərsiz qəhvə içə bilərsiz. Ümumiyyətlə isə, mütəxəssislər hər gün qarabaşaq pəhrizinə 1 stəkan bal qarışdırılmış su ilə başlamağı tövsiyyə etmişlər.

Qeyd:Qarabaşaq pəhrizini 2 həftədən artıq tutmaq olmaz.Pəhrizi saxlamadan öncə həkiminizlə məsləhətləşin.
Pəhriz saxlarkən yarımvitaminlər qəbul etməyin faydası vardır.
Pəhriz müddəti bitdikdən sonra birdən-birə kökəlməmək üçün axşamlar çox yeməyin, səhərlər ac qalmayın.
Qarabaşaq pəhrizini yalnız 2-3 ay sonra təkrarlamaq olar.

3 may 2013
GO BACK