Qadin.NET / 7 gündə düyü ilə arıqla

7 gündə düyü ilə arıqla

7 gündə düyü ilə arıqla

Əziz xanımlar, yaz fəsli gəldiyindən hər kəs arıqlamaq üçün pəhriz saxlayır, idmanla məşğul olurlar. Sizlərlə paylaşacağım 7 günlük düyü pəhriziylə istədiyiniz çəkiyə nail ola bilərsiz. Bu pəhrizdə hər gün 3/4 stəkan düyü duzsuz bişirilir. Bərabər miqdarda 3 hissəyə bölünür. Yemək arası su içilməlidir. 

 7 gündə düyü ilə arıqla

1-ci gün:

Səhər: düyü (1 neçə damla limon şirəsi də əlavə etmək olar), alma, yaşıl  çay.

Nahar: 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı meyvə sirkəsi əlavə olunmuş düyü, tərəvəz salatı, tərəvəz şorbası.

Şam: qaynadılmış köklü düyü, tərəvəz şorbası. 

7 gündə düyü ilə arıqla

2-ci gün:

Səhər: düyü, düyü həlimi ilə 1 ç.q xama qarışığı, portağal.

Nahar: düyü, tərəvəz şorbası.

Şam: düyü, tərəvəz salatı.

7 gündə düyü ilə arıqla

3-cü gün:

Səhər: darçın əlavə olunmuş düyü, alma.

Nahar: zeytun yağında qızardılmış göbələkli düyü, tərəvəz salatı.

Şam: düyü, tərəvəz şorbası.

7 gündə düyü ilə arıqla

4-cü gün:

Səhər: süd və qaymaqlı düyü, meyvə salatı.

Nahar: buxarda bişirilmiş kök və düyü, tərəvəz salatı.

Şam: cəfərili düyü və tərəvəz şorbası.

7 gündə düyü ilə arıqla

5-ci gün:

Səhər: kişmişli düyü, 1 ç.qaşığı sürtkəcdən keçirilmiş badam.

Nahar: 1 x.q zeytun yağıyla buxarda bişmiş tərəvəzlə düyü.

Şam: yaşıl soğan, kərəviz, şüyüd əlavə olunmuş düyü, tərəvəz şorbası.

7 gündə düyü ilə arıqla

6-ci gün:

Səhər: 2 ədəd xurma, 1 ədəd armud, 1-2 ədəd quru əncir əlavə olunmuş düyü.

Nahar: düyü və tərəvəz şorbası.

Şam: düyü, 1/2 x.q bal və 1 x.q xama qarışığı. 

7 gündə düyü ilə arıqla
7-ci gün:

Səhər: düyü, 1/2 x.q bal və qaymaq qarışığı.

Nahar: düyü və kahı tərəvəz salatı.

Şam: 2 ç.q zeytun yağı ilə düyü, tərəvəz şorbası.

19 aprel 2014
GO BACK