Qadin.NET / Aclıq, yoxsa özünə qəsd?

Aclıq, yoxsa özünə qəsd?

Aclıq, yoxsa özünə qəsd?

Diyetoloqların diqqətini cəlb edən məqamlardan biri də artıq çəkidən azad olmaq istəyənlərin bəzən "Ən yaxşı pəhriz aclıqdır" deyə düşünməsi olub. Əslində pəhrizin bu növü ancaq özünə qəsd etmək istəyənlərə uyğundur. Doğrudan da aclıqda çox tez arıqlama baş verir, lakin bu aclıq orqanizm üçün təhlükəli fəsadlara səbəb olur. "Ağılsız" aclıq qaraciyərin funksiyasını pozur, orqanlarda və toxumalarda zülalın itməsinə gətirib çıxarır, vitamin çatışmazlığı yaradır.
Kəskin arıqlama da orqanizm üçün təhlükəlidir. Qısa müddət ərzində çox arıqlamaq mədə-bağırsağın, böyrəklərin sallanması ilə nəticələnə bilər. Diyetoloqlar bir aya 4-5 kiloqram arıqlamağı optimal variant hesab edirlər. Bunun üçün az kalorili menyu tərtib edilməlidir. Həftənin bir günü isə orqanizmin təmizlənməsi üçün "yüngülləşdirici günlər", məsələn, qatıq, yaxud alma günləri təşkil edilə bilər. Amma həmin günlərdə insan özünü pis hiss etsə, dərhal limonlu şirin çay içməlidir. Bu rejimdə normal idman, fiziki fəallıq isə piy qatının əzələ toxumaları ilə əvəz edilməsini təmin edər.

Aclıq, yoxsa özünə qəsd?

Ümumiyyətlə, diyetoloqlar hadisələrin sürətlə baş verməsinin qəti əleyhinədirlər. Həmişə yaxşı formada qalmaq istəyən insan elə bir qidalanma rejimi seçməlidir ki, ona ömrü boyu riayət edə bilsin.
Pəhriz zamanı qadınların üz dərisinin solması və tutqunlaşması menyunun düzgün təşkil edilmədiyinə işarədir. Rusiyalı kosmetoloqların və sahə mütəxəssislərinin son araşdırmalarına görə, üz dərisinin solğun və rənginin tutqun olması orqanizmdə gedən proseslərlə bağlıdır. Əgər dərinin rəngi solursa, bu, təkcə kosmetik defektin əlaməti deyil. Ona görə də səbəb daxildən gəlirsə, dəri üçün xeyirli olan maska, masaj və digər prosedurlar problemi həll etmək iqtidarında deyil.

Aclıq, yoxsa özünə qəsd?

Kosmetoloqların qənaətincə, dəri rənginin solmasının birinci səbəbi uzunmüddətli pəhriz ola bilər. Sağlamlığa təminat verən və orqanizmə uyğun olan pəhrizi isə yalnız mütəxəssis təklif edə bilər. Dost-tanışlardan, internetdən götürülən resept əsasında tutulan pəhriz isə sonda dəmir, vitamin, yod çatışmazlığından törənən xəstəliklərə səbəb olur. Solğun dəri, yumşaq və tez-tez sınan dırnaq, avitaminoz yaranmasın deyə, pəhrizlərə ehtiyatla yanaşmaq lazımdır.
Sonda həm arıqlamaq istəyənlərə, həm də onlara məsləhət verənlərə demək istəyirik ki, bir şeyi daim diqqətdə saxlasınlar: zərif və gözəl görünmək çox yaxşıdır. Amma sağlamlıq bundan qat-qat üstündür.

26 iyul 2013
GO BACK